Rus dilində bir ifadə var: родился в сорочке (xoşbəxtlik əlaməti hesab olunur). Bizdə onun qarşılığı qabıqlı oğul birləşməsi olub (ətənəsində doğulmuş uşaq “qabıqlı ətənədir, pərdədir”, oğul isə ‘uşaq” deməkdir). Bakirə qıza da qapaqlı deyilib. Qapaqla isə “bakirəlikdən məhrum et (qapağı korla)” demək olub. Sonra həmin qapaqla sözü təhrif edilib və qapazla formasına düşüb. Qaqauz dilində qapaz sözü iki mənada işlədilir: tətik (крючок) və pərdə (плева девственная). Deməli, qapazlamaq sözünün qədim mənası qaqauzlarda indi də hifz olunub. Sözün omonimi də var: “əlin ayası ilə zərbə endirmək” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtimal ki, qarışmaq sözünün köküdür. Hind dilində sneq (ruslara da hind dilindən keçib) məhz “qarışıq yağan” deməkdir. Qat və qar eyni söz olub, indi qat həmin mənada təklikdə işlədilir, qar isə işlədilmir (qarışmaq sözündə qalır). Qar yağanda onun dənələri bir-birinə qarışır. Qar sözünün “ağ” mənası sonradan törəyib (saçları qar kimidir deyirik), onun rəngi ağ olmasa belə, yenə də qar adlanacaqdı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndiki aşqara sözünün yerinə qaraətmək, qara-qura kəlmələri işlədilib. Mənası “qovrulmuş yemək” deməkdir, qara-qura, təxminən, cız-bız modeli üzrə yaranıb. Aşqara “aş üçün qovrulmuş ət və ona qatılmış digər şeylər (qaysı və s.)” deməkdir, rəng anlayışına dəxli yoxdur, qovurmaq sözünün dəyişmiş, təhrif olunmuş formasıdır (“aş üçün qovurma” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQara sözünün mənalarından biri “qüvvətli”, “möhkəm” deməkdir (Səlcuqlarda Qara Arslan olub və mənbələrdə ruscaya “ могучий лев” kimi tərcümə edilib. Qaraağac “bərk ağac” deməkdir. Adama rənginə görə də ad verilir. Qara, Sarı, Göycə..., amma qaraquş, qarayel, Qara Yusif və s. kəlmələrində “qara” “güclü” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQara sözünün bir mənası “insan qrupu” deməkdir, görünür, qaraçı “topa halında yaşayan” anlamını əks etdirir. Deyirik: filankəs qaraçı adamdır; qaraçılıq eləmə və s. Qaraçı sözünün qədim mənası “qarayayovuşmaz (burada qara “camaat” mənasındandır), adamdan qaçan, səs-küy qoparan, kölgəsindən hürkən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti