1. Ərəb mənşəli hesab edirlər, halbuki eradan əvvəl 2-ci minilliyin 1-ci yarısında Azərbaycanda Narınqala, Oranqala kimi yer adları var idi. Qala xalis türk sözüdür və qalmaq feili zəminində əmələ gəlmişdir, mənası “alınmaz”, “həmişə qalan” deməkdir. Dilimizdə “türmə” mənasını verən tura sözü də mövcud olub, qala ilə eyni qəlibə malikdir.
2. Qalamaq (üst-üstə yığmaq) sözü ilə qohumdur. Qorunmaq üçün daşı daş üstə qoyub bina tikiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “складывать” mənasını verən qa feili olub, qalamaq, qalaq kimi sözlər onun əsasında əmələ gəlib. Sözün qədim mənası nəyisə “üst-üstə yığmaq” demək olub. Ocaq qalamaq ifadəsindəki qalamaq “odunları üst-üstə yığmaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli ağdır olub. Qovzamaq feili ağzamaq feilinin dəyişmiş forması olduğu kimi, qaldır feili də ağdır feilinin dəyişmiş formasıdır. Ağ “yuxarı qalx” deməkdir, ağdır isə təsirsiz feildən –dır şəkilçisinin köməyi ilə əmələ gəlmiş təsirli feildir. Belə bir mülahizə söyləmək olar ki, -x şəkilçisi yolux, solux tipli kəlmələrin sonundakı şəkilçilərin eynidir və qalx sözü, əslində, qalıx kimi olub, sonra ı saiti reduksiyaya uğrayıb, tələffüzdən düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaldırmaq sözü göstərir ki, burada etimon qal feilidir. –x şəkilçisi qırxmaq kəlməsində də var (qırx və qırmaq eyni kökə malikdir). Belə məlum olur ki, söz doluxmaq, soluxmaq qəlibi üzrə yaranıb və əsli qalıxmaq, qırıxmaq kimi olub. Dialektlərdə indi də qalıx (qalx yerinə) sözünə rast oluruq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDiş və gözlə bağlı işlədilir. Turş şey dişi, parıltı isə gözü qamaşdırır. Bunlar müxtəlif kəlmələrdir. Mənbələrdə dişlə bağlı qamar sözü işlədilib. Alimlər ehtimal edir ki, kam (kamına çəkmək deyirik) sözü burada başlıca rola malikdir, hətta rus dilindəki оскомина sözünün də kökü məhz kom kəlməsindən ibarətdir. Kam –“diş, ağız, daşmaq” mənasını verən sözdür. Qımışma sözü “dodağın qaçması, dişin görünməsi”dir. Deməli, qam dişlə bağlı sözdür. Gözlə bağlı qamaşıq sözünü Radlov qarlaşmaq kəlməsi zəminində izah edir: qarın parıltısı gözün yaxşı görməsinə mane olur. Ruslar buna ослепление (оскомина yox) deyirlər ki, bu da qamaşmaq kəlməsinin ослепить olduğuna dəlalət edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti