Dan üzü ifadəsinin sinonimidir. Həmin vaxt hamı, hətta itlər də şirin yuxuya gedir və qurd ova başlayır, ağzına yem gəlir. Söz də bununla bağlı yaranıb. Mollalar heyvanı qurddan qorumaq üçün dua oxuyur, qurdağzı bağlayırlar. Xalq etimologiyasında sözün mənası “canavarın ağzını bağlamaq” kimi şərh olunur. Dilini-ağzını bağlamaq ifadəsi də var və ikinci yozuma haqq qazandırmaq üçün dəlil ola bilər. Türk dillərinin bəzilərində qurdağzı sözü “dan üzü” kimi başa düşülür. Qurt sözü “içmək” (yemək...) mənasını əks etdirən feil olub (bir qurtum su...), “canavarın yem (ov) vaxtı” (bu ən çox danüzü baş verir) deməkdir; qurdağzı bağlamaq “canavarın danüzü olan fəaliyyətini dayandırmaq” kimi anlaşıla bilər. Mübahisəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEl arasında qızılca mənasında işlədir, dərinin səpməsi və göz-göz olması ilə özünü göstərir. Belə səpmə qurd (böcək) yuvalarını xatırladır. Söz qaqauzların dilində kurdeşən formasında mövcuddur, sinonimi isə kızamaq kəlməsidir (qızılca sözünə uyğun gəlir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Qur” sözü müxtəlif mənalara malik olub: “dartmaq, çəkmək, yaratmaq” və s. Tələ qurmaq, xana qurmaq, tapqır (əsli: dartqur), qurşaq sözlərindəki qur, qır hissələri məhz “dartmaq” anlamı ilə bağlıdır. Tapqır (dartqur) sinonimlər birləşməsindən əmələ gəlib. Qurşaq dartıb bağlamaq üçün olan şeydir, toqqadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi mənbələrdə cumru, cumrusaq kimi verilib. Mənası “yumru” deməkdir. Mədə ərəb sözüdür. Bizdə onun yerinə qursaq işlədilib. Qursaq bağırsağın qazana oxşar (yumru) bir hissəsidir. Tatarlar ona “aş qazanı” (yeyilənlərin yığıldığı yer) deyirlər. Deməli, qursaq “özü yumru, içi boş olan” deməkdir. Rus dilində желудок və желудь (palıd qozası) kökdaş sözlər kimi şərh olunur. Deməli, yumru (qoza kimi) olmaq əlaməti əsas tutulub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün qurtarmaq kəlməsi ilə əlaqəsi yoxdur, qut kəlməsi ilə bağlıdır (azad olmaq, xoşbəxtliyə çatmaq). Söz, əslində, qutulmaq kimi olub, r səsi sonradan təhrif nəticəsində artırılıb. Bərk sözündən bərki feili düzəldiyi kimi, qut kəlməsindən də qutumaq sözü yaranıb, -l şəkilçisi isə feilin qayıdış növünü bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilindəki “глаток” mənasını əks etdirir, təqlidi sözdür, su içəndə çıxarılan qurt-qurt səsi ilə bağlıdır. -um şəkilçisi feildən ad düzəldir: içməkdən içim, ölməkdən ölüm və s. Buna əsasən güman etmək olar ki, qurt həm də feil olub. Xalq arasında qurreh sözü də var (heyvanı çaya su içməyə aparanda bu sözlə müşayiət edirlər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti