Qabaqlar bu söz erkəkli –dişili bütün qoyunlara deyilib (indi Qax rayonunda hər cür qoyun ətinə “qoç əti” deyirlər). İndiki qoç əvəzinə, qədimdə qoçğar işlədiblər. Görünür, sözün kökü qo olub, buradan da qoyun və qoç kəlmələri yaranıb. İndiki qoyun kəlməsi əvvəllər qoy kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözdən qoduqlamaq feili də yaranıb və mənbələrdə “əsmək, titrəmək” mənasında açıqlanıb. Xalq arasında “qoduqluq” türməyə deyirlər. Eşşək balası olan qoduqla bunun heç bir əlaqəsi yoxdur. Mənbələrdə qoduqluq sözü “qəddarlıq” mənasında da izah edilib. Quyu (bu sözün qodu forması da olub) sözü ilə bağlıdır, “türmə” anlamında zirzəmi mənasında uyğun gəlir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti