Nə qədər qəribə görünsə də, bu kəlmə heyvanın alın hissəsindəki ağ ləkəni bildirən qaşqa sözü ilə kökdaşdır. Mənbələrdə qaşqa aldaq, qaşqaallaq, qaşqalaq formalarında yazılıb və “лысая утка (daz ördək)”, ya da “su toyuğu” kimi açıqlanıb. Qaşqa bütün hallarda “ağ” mənası ilə bağlıdır. Mənbələrdə “daz “(лысый) mənasında qırbaş sözü də var. Ehtimal ki, bu qırbaş “qaşqa”ya çevrilib. “Седой” mənasında qırğı, “седеть” mənasında kajay sözləri olub. Qırğı və kajay kəlmələrinin qaşqa formasına düşməsi mümkündür. Güman edirəm ki, sözün sonundakı daq (laq) hissəsi leylək kəlməsinin ixtisarından ibarətdir: quş qaşqa leylək adlanıb. Qaşqa sözünün sinonimi sakar (saqqar), Anadolu türklərində isə akıtma sözüdür. Qaşqaldağa həm də sakarbalaq (ehtimal ki, “ayaqları ağ” deməkdir) deyiblər. Qazax rayonunda saqqar sözü indi də “qaşqa” mənasında işlədilir (saqqar qoçu bəri gətir). Bəzi dillərdə kaçay sözü “седой” mənasında işlədilir. Deməli, qaşqa (kacay) sözünün bir mənası “ağ” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu əşya südlə çalasının (mayanın) qarışmasından hasil olur. Qatmaq, qatışmaq (qarışmaq) sözləri ilə bağlıdır. Bir vaxtlar qatıq əvəzinə, yoğurt işlədilib və yoğurmaq (bu da “qarışdırmaq” deməkdir) sözü ilə bağlı olub. Bir vaxt xuruş, “aşqara” mənasında işlədilib. Tapmaca da olub: aşa qatıqdı, dala qapaqdı (qoyunun quyruğu). Qatmaq (qarışdırmaq) feilindən düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQayamaq “sürüşmək” deməkdir. Bu söz bəzi mənbələrdə qıya kimi verilib. Qayaların çoxu sıldırımlı, sürüşkən olur. Çox ehtimal ki, qıya sözü məhz qayaya onun sürüşkən (sıldırımlı) olmasına görə verilmiş addır. Qayıq sözü ilə qohumdur: qayıq “suda üzən” (sürüşən) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bunun bir adı da qoş bıçaq (iki tiyəsi olduğu üçün) kimi verilib. Qayçı sözü həmin qoş bıçaq sözünün dəyişmiş formasıdır. Sözü qıymaq (kəsmək mənasında) kəlməsi ilə də əlaqələndirmək olar. Qıyıcı –qayçı ardıcıllığı üzrə inkişafı məqbul saya bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Sürüşmək” mənasında kay feili olub. Buz üstündə xizək sürməyə kayımaq deyiblər. Poplavok sözü bəzi türk dillərində indi də kayğalaq kimi tərcümə olunur. Güman ki, xizək sözü də kay kəlməsi ilə bağlıdır, kızak, kayzak formalarında türk dillərinin bəzilərində işlədilir. Deməli, qayıq “üzmək”, “sürüşmək” sözlərinin mənasını əks etdirir. Kayış sözü “sürüşkən yer” demək olub. Qayğalı sözü “üzmək” mənasında işlədilib. Hazırda türkmən dilində qayıb getdi cümləsi “üzüb getdi” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti