Latın sözüdür, politika ilə eyni kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
E.ə. təxminən 450-ci ildə Yunanıstan çoxsaylı şəhər-dövlətlərdən ibarət idi. Bu hər birinin mərkəzi hansısa şəhər olan çox kiçik dövlətlər idi. Həmin şəhərlərdə əhalinin dolanışığı üçün əkib-becərməyə yararlı kifayət qədər torpaq var idi. Belə inkişafa isə Yunanıstan ərazisinin bir-birindən təbii yolla ayrılan dar dərələrdən ibarət dağlıq yer olması zəmin yaratmışdı.
Belə bir vəziyyət şəhər-dövlətlərin çox yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxartmışdı. İnsanın həyatda fəaliyyət göstərdiyi, demək olar, bütün sahələr şəhərdə cəmləşmişdi. Vətəndaşların sayı isə həmin şəhər-dövlətlərin çoxsaylı və müxtəlif hakimiyyət orqanlarının sayından bir qədər çox idi.
Şəhər-dövlət yunan dilində polis adlanırdı. Dövlət dedikdə şəhər deyil, daha iri quruluşları nəzərdə tutduğumuza baxmayaraq, idarəetmə təcrübəsi, həmçinin hökumətin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün apardığı fəaliyyət bizim üçün siyasət olaraq qalır.
Hər bir dövlətdə vətəndaşları cəmiyyət tərəfindən qəbul olunmuş bəzi qanun və əxlaq qaydaları çərçivəsində yaşamağa məcbur etmək üçün onlara nəzarət hüququ və bacarığı polis hakimiyyətinə aiddir. Bu nəzarətin həyata keçirilməsi etibar edilən qrup polis, bu qrupun üzvü olan insan isə polis işçisi adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiDilimizdə porsumaq sözü var, cismin boz rəngə çalarlığını bildirir. Porsuq sözünün də boz kəlməsi ilə bağlı olması haqqında fikir söyləmək mümkündür. Onun rəngi bir qədər boz olur. Söz ruslara da keçib və barsuk kimi işlədilir. Kəlmənin kökü por (yəni boz) sözüdür, -su şəkilçisi meyil bildirən feillər düzəldir (gül-üm-sü-n-mək –“gülməyə meyil etmək”). Por-su “rəngin pora meyilli olması” deməkdir. –q şəkilçisi isə porsu feilindən isim düzəldib (qədim yunan dilində də porsuq sözü “boz” anlamını verən kəlmə ilə ifadə edilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi iri heyvanların balasına pota deyirlər. Mənbələrdə bu söz “bala”, “dəvə balası” kimi şərh olunub. Süddən ayrılmış balaya isə potuq (botuq, qoduq) deyiblər. Görünür, pota və qoduq tarixən qohum sözlər olub. Bu söz Qırğız dilində “bala” (uşaq) deməkdir. “Kiçik” (bala) anlamını əks etdirən sözlər çoxdur: çocuq, uşaq, ufaq, küçük, çoşqa, quzu, oğlaq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə pörtmək, pətənək, pötüyə, pötəkə kimi müxtəlif formalarda işlədilir. Mənası “quşun mədəsi” deməkdir. Bununla yanaşı, farsca çinədan, azərbaycanca dənlik adlanan bir kisəcik də məlumdur: quşun yediyi dən onun içinə yığılır, sonra həll üçün pötpötüyə göndərilir. İnsanda həzm borusu (8-10 m) ağız boşluğu, udlaq, qida borusu (yemi mədəyə ötürür), mədə, nazik və yoğun bağırsaqdan ibarətdir. Göründüyü kimi, burada çinədan (dənlik) yoxdur, o, quşlarda olur. Güman edirəm ki, pötpötü kəlməsi (ehtimal ki, əsli pörtdəmək olub) pörtmək feili ilə qohumdur. Pörtmək isə öz növbəsində ört (üt) feili ilə bağlıdır, “od”, “yandırmaq” mənasını verən sözdür. Pötpötü zahirən pörtülmüş, bozarmış ətə oxşayır. Rus dilində də печень sözü bişirmək anlamı ilə bağlıdır. İkinci mülahizə də mümkündür: Pötpötünün üstü bükülü, örtülü olur. Bu baxımdan həmin söz böyrək, puçur kəlmələri ilə qohum ola bilər və bükülü sözünün dəyişmiş formasıdır. İkincini daha inandırıcı hesab edirəm. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFunt sözünün təhrif olunmuş formasıdır, mənası “ağırlıq” deməkdir. Alman (bəzilərinə görə isə ingilis) sözüdür. Funt ruslarda 409.5 qrama bərabər ölçü vahidi olub. Bizdə 16 kq-a bir pud deyilir. Funtla yanaşı, oka sözü də olub: üç funt bir okoya bərabərdir (deməli, bir oka, təqribən, 1kq 225 qrama bərabərdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli yunan dili ilə bağlıdır, bizə fars dilindən keçib, dəyərinə görə tengənin beşdə birinə bərabər olub. Tengə isə türk sözüdür, “dəmir” deməkdir. Belə bir deyim də olub: dul qalanın təngəsi pul olar (yəni “dəyəri beş dəfə aşağı düşər”). Başqa deyim də olub: kasıbın arvadı dula, axçası pula bənzər. Türk dillərində təngə ilə yanaşı, yarmaq sözü də işlədilib, kəsməklə bağlıdır (rus dilində də рубль və рубить kökdaş sözlərdir). Qızıl Orda dövründə, yəni XIII-XV əsrlərdə pul misdən kəsilmiş sikkələrə (bu, ərəbcədir) deyilib. Qaratikan kolunda, balıqlarda da pullar olub. Görünür, mis sikkələrlə bunların zahiri oxşarlığı əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti