Od sözündəndir. Odcaq (od və çaq (çax) hissələrindən əmələ gəlib, çaxmaq elə “yandırmaq” deməkdir.) kimi olub, sonra dəyişmələrə məruz qalıb. “Od yeri” (od yanan yer) mənasını əks etdirir. Odun sözü də od sözü ilə kökdaşdır, “od (yanmaq) üçün olan ağac” deməkdir. Od sözü isə, öz növbəsində, öt (yandır) kəlməsi ilə bağlıdır. Ütü, ütmək kəlmələri də buradandır. Öt sözünün ört forması da mövcud olub. Pörtmək sözü də buradan törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTutmaq sözünün qədim mənalarından biri “yanmaq, alışmaq” deməkdir. Od tutmaq birlikdə “alışmaq” mənasını əks etdirir. Ehtimal etmək olar ki, tutmaq sözü od kəlməsinin sinonimi olmuş ört sözünün dəyişmiş formasıdır. Maraqlıdır, islanmış adama su tutmaq demirik, yanan şəxsə isə “od tutub” deyirik. Deməli, tutmaq hökmən yanmaq mənası ilə bağlıdır. Pörtmək kəlməsi də ört (yanmaq) feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGörüşmək, rastlaşmaq mənasında oğra feili olub. Uğramaq, oğru, oğraş sözləri də onunla kökdaşdır (ilkin kök oğ feilidir). Oğraş “oğurluq yolu ilə görüşməkdir”. Oğraş sözü mənbələrdə oğraq kimi də qeydə alınıb, amma oğurluq yolu ilə görüşənlərin hamısı oğraş adlanmır. Burada aradüzəltmə mənası üstündür. Qaqauz dilində bu sözün yerinə kodoş işlədilir (bizdə də buna oxşar söz var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOğ feili mövcud olub, ad-feil omonimi kimi işlədilib: красть (feil), тайный (ad). Oğru sözün feil korrelyatından yaranıb. Güman edirəm ki, oğraş kəlməsi də тайный mənalı sözlə bağlıdır (xəlvət iş görən..) Oğru və əyri sözləri arasında qohumluq vardır. Oynaş isə oymaq feili ilə bağlıdır (oy- “быть в любовных отношениях” deməkdir), -na şəkilçisi oy feilindən yeni feil düzəldib, -ş şəkilçisi isə qarşılıq növü bildirib, sonra söz bütövlükdə substantivləşib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOğ sözü qədim feillərdən olub, “xəlvəti görüşmək” mənasında işlədilib. Oğru həmin feildən əmələ gəlmiş addır (əvvəl sifət olub, sonra isimləşib), “xəlvət iş görən” deməkdir, əyri sözü ilə qohumdur. Bu söz zərf düzəldən -un şəkilçisi vasitəsilə oğru kəlməsindən əmələ gəlib (müq.et: üst və üst-ün...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİndi bu söz oğlan uşağı ilə bağlı işlədilir, amma qabaqlar qıza da oğul deyiblər (indi də qalmaqdadır). Söz doğul feili zəminində əmələ gəlib, oğlaq da buradandır (qabaqlar quzuya da oğlaq deyilib). Yakutiyada (saxa dilində) oğo “uşaq” deməkdir, oğolon “родить” kimi tərcümə edilib. Bu, bir daha sübut edir ki, oğlan və doğmaq kəlmələri eyni kökə malikdir. Başqa dillərdə də belədir: сын sözü ruslara qədim Hind dilindən keçib, “doğmaq” anlayışını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti