Ərəb mənşəlidir, nəhr (çay) sözü ilə kökdaşdır, Türk dillərində nehrə yerinə, qobe, göbə, atıq işlədilib (“gəbərmək”lə qohumdur). Özbək və türkmən dillərində nehrə əvəzinə moy cuvaz işlədirlər. Qaraqalpaq dilində buna piy küpü (yağ küpü) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNə və eləmək kəlmələrinin birləşməsindən əmələ gəlib. Bitişdirici y samiti həmişə özündən əvvəlki açıq saitin qapalı saitə keçməsinə səbəb olur (müqayisə et: ana-ya və anıya, tərcümə və tərcümeyi –hal), həmin qayda üzrə də nə sual əvəzliyi ne(yləyim) formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim zamanlarda aş sözü “plov” mənasında işlədilməyib, bütövlükdə “azuqə, xörək, yemək” anlamlarını əks etdirib. Aşpaz, aşxana, qatıqaşı sözləri də bunu sübut edir. Deməli, nə tökərsən aşına, o da çıxar qaşığına ifadəsində aş sözü “xörək” mənasında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə insan bildirən sözlər kim? sualına cavab verdiyi halda, bəzən nə? sualı da özünü göstərir: Əli sənin nəyindir? Atan nəçidir? və s. Burada nə? sualı insanla bağlı işlədilmir, qohumluq əlaqəsini (əlaqə nə? sualına cavab verir), peşəni (peşə nə? sualına cavab verir) bildirir. Ona görə də söz kim? sualına cavab vermir. Söz nə? sual əvəzliyi ilə peşə bildirən -çi şəkilçisinin birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb mənşəlidir, tənəffüs sözü ilə eyni kökə malikdir. Bizdə nəfəs sözünün əvəzinə tin (din) və soluq kəlmələri mövcud olub. Hazırda din -lə -mək, din -şə -mək sözlərində həmin din sözü özünü mühafizə edir. “Вздох” mənasını diniş sözü də əks etdirib (indi işlədilmir). Nəfəs dərmək idiomu da mövcuddur. Buradakı dərmək sözü “toplamaq” anlamını əks etdirir: özünə gəlmək, nəfəsini toplayıb güc əldə etmək və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti