Türk dillərində köy sözü olub (bəzilərində indi də işlədilir), od, yanmaq mənalarını əks etdirib. Qaynamaq, göynəmək, qor, kömür, qovurmaq, qaymaq, kül və s. sözlər onun əsasında yaranıb. Rus dilindəki огонь kəlməsi də (əsli hindcədir) kömür mənasını verən sözdür. Eləcə də пепел, палить, пламя sözləri vahid kökə malikdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Baltanın arxa tərəfi deməkdir”. Təpik, daban mənalarında da işlədilir (küpə getsin deyirik). Tüp, dib, küt formalarında da işlədilir. Qida borusuna qızıl ödən, düz bağırsağa ödən demişik. Ödənin sonluğu (anus) da bu sözlə bağlıdır. Küpəmək “küp ilə zərbə endirmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Gildən düzəldilmiş qabdır. Küpə sözü də var. -ə şəkilçisi, ehtimal ki, kiçiltmə bildirir. Zənn edirəm ki, söz kepimək (qurumaq mənasını verən feildir və bizdə təpimək şəklinə düşüb) sözü ilə bağlıdır, çünki qabı kürədə “bişirir”, qurudurlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇayın adı dəli, nadinc mənası ilə bağlıdır. Çaylara dəli adı verilməsi faktları var. Məsələn, Ceyhun ərəbcə “dəli çay” deməkdir. Əlimdə tutarlı dəlil olmasa da, güman edirəm ki, kür sözü “çay (su)” anlamını ifadə edir (göl sözü ilə qohum ola bilər). Kür adında çay başqa ölkələrdə də var. Məsələn, Rusiyadakı Kursk şəhəri Kür adlı çayın adı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mənası var:
1. Orqanizmdə üçbucağı xatırladan sümük.
2. Ağacdan hazırlanmış bel. Kürək ismi ilə kürəmək feili eyni kökə malikdir. Sümük və bel mənasında işlədilən kürək sözü tarixən eyni olub və bel (lopatka) sümüyə oxşadığı üçün kürək adlandırılıb. Kürək və kürümək düzəltmə sözlərdir. Kür sözünün qədim mənası “yastı” deməkdir, həmin sözdən yaşamaq, qanamaq kəlmələrinin qəlibi üzrə kürəmək feili düzəldib, -k şəkilçisi döşək qəlibi üzrə onu ismə çevirib. Bərk-i-mək qəlibi üzrə isə kür-ü-mək feili meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQuda kəlməsi ilə kökdaşdır (göy kimi də işlədilir). “Kəbin əsasında qohum olan oğlan (qızın əri)” deməkdir. Göy, kürəkən, quda, qayın, qadın (qazın) kökdaş sözlərdir, sonra mənaları dəyişib. Hamısı kəbin (daha doğrusu,quda) anlayışı ilə bağlıdır. Qaqauz dilində kürəkən yerinə qüvəə, baldız əvəzinə qorumca deyirlər. Bunlar da tarixi baxımdan quda sözü ilə qohumdur. Bəzi türk dillərində “ərə ver” yerinə quda edib ber cümləsi işlədilir. Deməli, kürəkən (göy) “quda” (kəbin) sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, bizdə onun qarşılığı sarımtıl kəlməsidir. Kayrıy şəklində rus dilində də işlədilir (ruslar buna рыжак da deyirlər). Kəhər sözü də var. Bu da kürən sözünə yaxın mənanı bildirir (qnedoy). Kəhər atın quyruğu və yalmanı qara rəngdə olur, dərisi isə kürən. Bu da alınmadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti