Bu, içinə qatıq qarışdırılmış süddən ibarət yeməkdir. Zənnimcə, sözün kökü göy (yanmaq) feili ilə bağlıdır. Mənası “oda qoymaq” (bişirmək) olmaz” deməkdir, çünki içində qatıq olan süd ocaqda hökmən çürüməlidir. İkinci yozum da belədir: söz göz mənasında işlədilmiş qaraq kəlməsi ilə bağlıdır, qarımaz (yəni görünməz) deməkdir. Qatıq südə qarışdırılır və əriyib görünməz olur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQuru (və ona görə də tez ovxalanan, sınan) mənasında işlədilib, köy (od, yanmaq) sözü ilə bağlıdır. Qax kəlməsi ilə qohumdur. Biz indi təpimək feilini işlədirik, onun qədim forması kepimək (görünür, köy sözü ilə, yəni istilik anlamı verən kəlmə ilə bağlıdır) olub. Kövrək sözü də həmin kepimək sözü ilə əlaqədardır. Kövrək sözünün törəmə kökü “kövrə”dir (müqayisə et: kövrə-k, kövrə-l), ondan da kövrəlmə sözü əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir neçə ehtimal söyləmək olar:
1. Geymək feili zəminində yaranıb. Əsli geynək kimi olub, sonra formasını dəyişərək köynək şəklinə düşüb. Keçmişdə paltar dəridən olub, onu bədənə geyiblər. Kürk həm dəri deməkdir, həm də üst paltarıdır. Bu mənada köynək də “dəri” (kürk) sözü ilə bağlı ola bilər. Rus dilindəki рубашка sözü də рубить feili ilə bağlıdır: dərini kəsib-tikmək deməkdir. Dilimizdə pərdə, örtük mənalarını əks etdirən kölö sözü mövcud olub. Kölgə, kalağay kəlmələri onun zəminində yaranıb. Güman etmək olar ki, köynək sözü də həmin kölö sözü ilə bağlıdır. Başqa yozum da mümkündür: köynək bədəni isidir, soyuqdan qoruyur. Bu mənada od, yanmaq anlamı ilə bağlı olan göy ismi ilə də əlaqədar ola bilər. Sonuncu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMəşhur Mamayev Kurqanı var. Kurqan “qurmaq”, “tikmək” anlamları ilə bağlı olan qədim türk sözüdür. Bu kəlməni bəzən qorunmaq (qala), bəzən də gorxana (qəbir) kəlmələri ilə bağlayırlar. Sonuncu fars mənşəlidir, kurqan isə öz sözümüzdür, qədim mənası qala demək olub. İndi qəbir mənasında da işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKürü sözünün sinonimidir və hər ikisi yumurta mənasını əks etdirir. Bəzi türk dillərində kükə aşar kəlməsi var, rus dilinə яйцоед kimi tərcümə olunub. Yumurta ilə göyərtinin qarışığından bişirilən yeməyə də biz kükü deyirik (yumurtalıqda hələ qabığı bərkiməmiş küküyə “kürüş” deyirlər). Ehtimal etmək olar ki, kürsək sözü də kürü ilə bağlıdır. –sə şəkilçisi arzu, meyl bildirir. Kür-sə feili üzərinə -k şəkilçisi artırmaqla proses bildirən kürsək sözü yaranıb: kürüyə meyl mənası açıqca görünür. Karel dilində kyarba sözü var, kürsək mənasında işlədilir, sözü bununla da bağlamaq mümkündür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti