Yunan mənşəlidir, kosmos sözü ilə qohumdur (kosmosu da özünə vətən sayan adam). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Konkret şəhər-dövlətlərin xaricində də insanların yaşadığını düşünən ilk yunanlar filosoflar idi. Deyilənə görə, guya təxminən e.ə. 410-cu ildə afinalı Sokratdan hansı ölkəyə mənsub olduğunu soruşanda o belə cavab veribmiş: “Mən nə Afinaya, nə də Yunanıstana mənsubam. Mən dünya insanıyam”.
Deyirlər ki, yarım əsrdən sonra eyni sual sinoplu Diogenə də verilib. O da “Mən dünya vətəndaşıyam”, – deyə söyləyib. Yunan dilində dünya vətəndaşı “kosmopolit” kimi səslənir.
Böyük İsgəndər də bir müddət kosmopolitizm ideyasına uyğun olaraq xalqlar və ölkələr arasında sərhədlərin olmadığı imperiya yaratmağa cəhd etmişdi. Ancaq o, cavan öldü, imperiyası, onunla da birgə dünya vətəndaşlığı imkanı məhv oldu. Biz indiyədək özünü istənilən ölkədə evindəki kimi hiss edən adamdan söz düşəndə kosmopolit ifadəsini işlədirik. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiTürk dillərində bu sözün əvəzinə, saban (səpən) işlədilib. Radlov yazır ki, sapan Azərbaycanda kotana deyirlər. Hər iki söz arasında müəyyən fonetik oxşarlıq və məna eyniyyəti əsas verir ki, onların qohumluğu haqqında fikir söyləyək. Hətta rus dilinə macarlardan keçmiş sablya (mənası: kəsən) sözü də sapan sözü ilə qohumdur. Dilimizdəki saman sözü də sapanla əlaqədardır. Deməli, sözün əsli kəsmək anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRuslardakı гриб sözünü Peterson гроб sözü ilə bağlayır. Yakobson isə “то, что врывается, вылазит из земли” kimi izah edir. Petersonun fikri inandırıcıdır və bizdə də köbələk “köpmək” sözü ilə qohumdur. Qabaq kənddə qazma dam (pəyə) tikəndə ortada torpaq topası qalırdı, sonra onu damın üstünə atırdılar ki, yağış yağanda evə damcı tökülməsin. Həmin topa torpağa köbə deyirdilər. Bu baxımdan köbə və köbələk arasında qohumluq axtarmağa dəyər. Deməli, köbələk və köpmək (topa) qohum sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEl arasında пчелиные соты anlamını verən köməc (qaqauz dilində qomeç kimi işlədilir) sözü var. Gömmək (basdırmaq, quylamaq) feili ilə qohumdur, arı şanı deməkdir. Şan isə deşik-deşik (göz-göz) olan mənasını verir. Deməli, köməc də deşik, göz anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə göstərilir ki, “yanmış” mənasında kömür, “qovrulmaq” anlamında köyür sözlərindən istifadə edilən dövrlər olub. Bəli, dilimizdə köy (göy) feili olub və göz, kömür, qor, qovut, qovurma, quymaq, göynəmə, kül kimi onlarla söz məhz onun yaranıb. Kömür (əsli: köymür) “yanmış” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti