Rus dilində кишень sözü var və kisə sözü ilə qohumdur, кишка sözü də həmin кишень kəlməsi ilə eyni kökə malikdir. Кишень kəlməsi rus dilində qarın, cib, mədə mənalarında işlədilib. Kisə alınma sözdür, bizdə onun yerinə qapçuq (qab sözündəndir) sözü işlədilib. Rus dilində кишень (kisə) içi boş anlamında işlədilir və həm də кишка (bağırsaq) sözü ilə əlaqələndirilirsə, onda bizdə də bağırsaq “şlanq” anlamına uyğun yozula bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürk dillərində kişi sözü ilə bizdə olduğu kimi erkək mənasında deyil, adam, insan anlamında işlədilib (bəzi dillərdə indi də belədir). “Qutadqu bilik” əsərində kişilik kəlməsi “insanlıq”, “ərdəmlik” mənasını əks etdirib. Kişilik “ən yaxşı insani keyfiyyəti özündə yaşadan” kimi başa düşülməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMurad Aci “Qıpçaq çölünün yovşanı” (Bakı, 1997) kitabının 39-cu səhifəsində yazır: V əsrdə Avarıstan, Bulqarıstan, Xəzəristan, Qazaxıstan, Ukrayna birlikdə Qıpçaq çölü adlanıb. Kiyevin böyüyü xaqan sözü ilə əks etdirilib. Kiyevlilər türklər olublar. Kiyev sözü də türkcədir: göyev (kürəkən yurdu, göy evi). O vaxt Kiyev çox uzaq, kənar bir yerdə yerləşirdi və ora qıraq da deyilə bilərdi. Qıraq sonradan slavyanca окраина kimi tərcümə olunub. Kiyevdə ilk məskunlaşma V-VI əsrlərdə başlayıb və bu adamlar türklər olublar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzən bunun qol və basmaq sözləri zəminində əmələ gəlməsini zənn edirik. Amma kolbasanın (bağırsağın) diametri qolun diametrindən çox kiçik olduğu üçün bu, mümkün deyil. M.Fasmer sözü başqa cür şərh edir: “ мясо, жаренное на рашпере” (təxminən “manqal” sözünə uyğun gəlir). Raşper samovarın odluğunun aşağısında olan gözcükləri xatırladan deşikləri olan tərəcədir (решетка), oradan hava daxil olur və kül yerə tökülür. Deməli, kolbasa qolla bağlı deyil, küllə (odla) bağlıdır; basmaqla yox, bişməklə əlaqədardır. Sözün qədim mənası “odda bişirilən” deməkdir. Görünür, bağırsağın içini doldurduqdan sonra onu odun üstündə qurudurmuşdular. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLatınca “əlaqə” deməkdir. Şəxsiyyətlərarası münasibətlərdə informasiya mübadiləsi kimi təzahür edir. Ünsiyyətdən fərqi: ünsiyyət yalnız tərəflərin qarşılıqlı surətdə bir-birinə ehtiyac duyması prosesində mümkündür, kommunikasiyada qarşılıqlı anlaşma olmaya da bilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHəndəsədə düz (90), iti (900-dən az), kor (900-dən çox) və s. bucaqlar olur. Kor bucaq elə korş bucaq deməkdir. Küt bıçağa da korş deyilir. Bu söz riyaziyyatla bağlı bizə tərcümə yolu ilə gəlib, “iti” sözünün antonimi kimi işlədilir, korş sözü isə qədim tarixə malikdir. Görünür, burada kor kəlməsi korş sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti