İt, canavar və s. kürsəyə gəlir. Kükrə feilinin bir mənası искать самку kimi açıqlanıb. Kürsək sözünün kökü yumurta mənasını verən kür (kürü) kəlməsidir. –sə şəkilçisi onu feilə çevirib (susamaq qəlibi üzrə), -k şəkilçisi feildən isim əmələ gətirib. Kürsək etimoloji baxımdan “kürüyə meyil edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİncimək mənasında işlədilir. Qədim mənalarından biri də gözləmək, istəmək, ummaq deməkdir. Küs sözü ilə yanaşı, küsə feili də olub (tıx və tıxa qəlibi üzrə), mənası желать kimi açıqlanıb. Həmin küsə sözündən küsən qayıdış növü əmələ gəlib (mənası: arxayın olmaqdır). Küsmək umduğunu, istədiyini, gözlədiyini əldə edə bilməməklə bağlı inciməyə deyirlər (hər adamdan küsmürlər, “uman yerdən küsürlər”). Ummaq və küsmək müəyyən mənada sinonim sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAnadolu türklərində gün düşməyən yer kimi başa düşülür, bizdə “payız” anlamında işlədilir. Güman etmək olar ki, gü-n və gü-z eyni kökə malikdir. –z şəkilçisinin sözə əks məna verməsi faktları məlumdur: K(g)üd və k(g)üd-a-z, ud və ud-u-z. Deməli, kü-z sözündəki –z şəkilçisi -siz şəkilçisi ilə qohumdur. Küz elə kün(gün) -süz deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1492-ci ildə Xristofor Kolumb Atlantik okeanı ilə özünün məşhur səyahəti zamanı digər yerlərlə bərabər, indi bizim Kuba və Espanyola (sonuncunun ərazisində hazırda Haiti və Dominikan Respublikası yerləşir) adlandırdığımız adaları da tədqiq etmişdi.
Orada Kolumb özlərini kalina, yəni güclülər adlandıran hindu qəbiləsi ilə tanış olur. Bu qəbilənin üzvləri Vest-Hindin bir neçə kiçik adasında, həmçinin Mərkəzi və Cənubi Amerikanın sahillərində yaşayırdılar.
Kuba və Espanyolanın yerli əhalisi onlardan bərk qorxurdu. Kubalı hindular həmin qəbilənin adını təhrif edərək kaniba, Espanyola sakinləri isə kariba adlandırırdı. Bəs “güclülər”dən gələn təhlükə nədən ibarət idi? Məsələ ondadır ki, onlar məğlub etdikləri düşmənlərini əsir götürür və yeyirdilər. Ola bilsin, kiçik adalarda qida tapmaq çətin olduğundan öldürülmüş düşmənin əti kasıb yemək süfrəsini zənginləşdirirdi. Kolumb və onun adamları bundan dəhşətə gəlmişdilər. Sonralar ispanlar “güclüləri” tamamilə məhv etdilər.
Bu əhvalat Avropaya gəlib çatanda adam yeyənləri kannibal adlandırmağa başladılar və bu söz bir çox dillərdə özünə möhkəm yer tutdu. Karib dənizi isə öz adını bu qəbilənin adının ikinci variantından – karibadan götürüb. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti
Qədim tevton dilində (alman və ingilis dilləri bu dildən yaranıb) ”eorl” və “ceorl” insan demək idi. İlk vaxtlar, ola bilsin, bu sözlər eyni mənanı verirdi, ancaq sonradan onların inkişaf yolları ayrıldı. Birincisi ancaq yüksək təbəqədən olan insanlara, ikincisi isə rəiyyətə şamil edildi. İngilis dilində “earl” (erl) sözü birincidən törəyərək geniş yayılmış zadəgan titulu olan qraf mənasında işlənməyə başlandı. “Ceorl” sözünə gəldikdə isə o, “churl”a (kəndli) çevrildi.
Alman dilində bu sözlərdən Karl adı törədi. Təxminən 698-ci ildə Geriştaldan olan frank zadəganı Pepinin qeyri-qanuni oğlu dünyaya gəlir. Atası, çox güman, anasının aşağı təbəqədən olduğuna işarə olaraq adını Karl qoyur. Karl böyüyərək çox güclü bir hökmdara çevrilir və 732-ci ildə Tur ətrafında müsəlmanlar üzərində qələbə çalır. Onu ən çox Çəkic Karl (və ya Karl Martell) kimi tanıyırlar. Bu ad ona döyüşlərdə düşmənə sanki çəkiclə endirdiyi zərbələrinə görə verilmişdi.
Onun nəvəsi də Karl, daha əzəmətli Karl – Böyük Karl oldu. Tezliklə bu ad Qərb monarxları arasında ən populyar ada çevrildi. Avstriya, Böyük Britaniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Rumıniya, İspaniya və İsveç krallarının adları Karl idi. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiHindistanın ən şimal bölgəsi olan Kəşmir zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğundan tarixdə iz buraxmayıb. Əvvəlcə o, Moğollar dövlətinin, sonra Əfqanıstanın, daha sonra sikx şahlığının və nəhayət, Britaniya Hindistanının bir hissəsi olub.
1947-ci ildə ingilislər Hindistandan getdikdən sonra iki müstəqil dövlət – Hindistan və Pakistan yarandı. Bununla belə, Kəşmirin statusu qeyri-müəyyən olaraq qaldı. Kəşmirin əhalisinin, əsasən, müsəlmanlardan ibarət olmasına baxmayaraq ora, adətən, induizmin təmsilçisi tərəfindən idarə olunub. Bu əraziyə həm Hindistan, həm də Pakistan iddia edib, bura hazırda da böyük hissəsi Hindistana məxsus olmaqla bölünmüş vəziyyətdədir.
Kəşmir daha çox paytaxt Şriniqarda Kəşmir keçiləri adlanan, əhliləşdirilmiş Asiya keçilərinin zərif yunundan alınan yun ilə tanınır. Bu yundan istehsal olunan parça bütün məlum parçaların ən məşhurudur. Buranın məhsulu olan şallar Kəşmir şalı adlanır. “Kəşmiri” sözü isə Kəşmir keçisinin yunundan alınıb-alınmamasından asılı olmayaraq keyfiyyətli yundan hazırlanmış istənilən parçadan söz düşəndə işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiRoma imperiyasının mövcudluğunun son dövrlərində at haqqında danışanda “caballus” sözünü işlədirdilər. Bu söz ispan dilində “caballo”, italyan dilində “cavallo”, fransız dilində isə “cheval” kimi səslənməyə başladı. Döyüşən atlı dəstəsinə ispan dilində ”caballeria”, italyan dilində “cavalleria”, fransızcasa “chevalerie” deyilirdi.
Amma at alıb onu saxlamaq çox baha başa gəldiyindən keçmişdə və orta əsrlərdə buna ancaq yuxarı zümrənin nümayəndələrinin imkanı çatırdı. Məlum olduğu kimi, cəngavərlər də (yəni silahlı atlılar) əsil-nəcabətli insanlar idi. Aşağı zümrənin nümayəndələri piyada döyüşürdülər.
Bu səbəbdən də “atlı” mənasında işlənən sözlər – şevalye, kavaler – damarında əsilzadə qanı axan adamın sinoniminə çevrildi.
Avropa atlılarının (yəni əsilzadələrin) özlərinin davranış kodeksləri var idi. Həmin kodeks zəiflərə – qadın, uşaq, qoca və məğlub edilmiş düşmənə qarşı xüsusi alicənablıq göstərilməsini nəzərdə tuturdu. Bu, zadəganlıq kodeksi (və ya Fransada deyildiyi kimi, şevalye) idi. Nəticədə “kavaler” sözü zəiflərə, xüsusən də qadınlara qarşı mehriban və alicənab münasibət göstərən güclü insana deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti1804-cü ildə I Napoleon adı ilə yenicə imperator olan Napoleon Bonapart imperator qvardiyasını yaratdı. Qvardiya xüsusi seçilmiş adamlardan təşkil olundu. Onları başqalarının öhdəsindən gələ bilmədiyi tapşırıqları yerinə yetirmək üçün qoruyub saxlayırdılar.
1814-cü ildə taxt-tacdan əl çəkməli olan Napoleonu Fransadan cənubda yerləşən kiçik Elba adasına sürgün etdilər. Ancaq 1815-ci ildə o qayıdaraq yenidən Fransa taxtına çıxdı. Bundan sonra bütün Avropa silaha sarıldı və Napoleon Vaterloo ətrafında müttəfiq ordularla döyüşməli oldu. Bu, həlledici döyüş idi və Napoleon öz “köhnə qvardiya”sını döyüşə atmalı olduğunu başa düşürdü. Çünki bu günün sabahı olmaya bilərdi.
Qvardiyaçılar döyüşə atılaraq qəhrəmancasına vuruşsalar da, müvəffəqiyyət qazana bilmədilər. Geri çəkilərkən mühasirəyə düşən “köhnə qvardiya”ya təslim olmağı təklif edirlər. General de Kambronun bu təklifə cavab olaraq “Köhnə qvardiya ölür, amma təslim olmur” dediyi bildirilir.
O vaxtdan öz baxışlarını, bu baxışlar zamanla ayaqlaşmasa belə, hətta məğlub olacaqlarını bilərək müdafiə edən və heç bir güzəştə getməyən insanlara “köhnə qvardiya” deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiBəşər tarixində əhalinin böyük bir qisminin həyatını köklü şəkildə dəyişdirən hadisələr vaxtaşırı olaraq baş verib. Belə hadisələrdən biri Böyük Fransa inqilabı idi. 1789-cu ildə, ölkə iflasın astanasına çatanda burjuaziya hakimiyyətə gəldi və bir neçə il ərzində Fransada hərc-mərclik hökm sürməyə başladı. Kralın səlahiyyətləri məhdudlaşdırıldı, 1792-ci ildə o, taxtdan salındı və 1793-cü ildə gilyotində edam edildi. Amma nəticədə inqilabi hökumətin yerini Napoleon Bonapartın diktaturası tutdu.
1815-ci ildə – Napoleonun tam məğlubiyyətindən sonra – edam edilmiş XVI Lüdovikin qardaşı XVIII Lüdovik taxta çıxdı. Ancaq kralın hakimiyyəti 1789-cu ilə qədər olduğu kimi qeyri-məhdud deyildi. Onun əvvəlki səlahiyyətləri bir daha özünə qaytarılmadı.
İnsanların yeni yaranmış vəziyyəti əvvəlki ilə müqayisə etmələri təbii idi və fransızlar 1789-cu ilə qədər olan həyatları barədə söz açanda daim “köhnə rejim” ifadəsini işlədirdilər. Bu ifadə dilə düşərək keçmiş və bir daha qayıtmayacaq dövrləri ifadə etmək üçün işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti1861-1865-ci illərdə ABŞ-da Şimal və Cənub ştatları arasında gedən vətəndaş müharibəsində Cənub məğlub olmuşdu. Zəncilərdən üstün olduqlarına əminliklə inanan, onların bərabərhüquqlu vətəndaş elan edilməsindən özlərini təhqir olunmuş hiss edən cənublu gənclər hər vəchlə buna müqavimət göstərməyə çalışırdılar. Üzvlərinin maska və başlıqlı ləbbadə geyindikləri gizli təşkilatlar yaradılmağa başlandı. Öz addımlarını planlaşdırarkən iştirakçılarının dövrəyə düzüldüyü belə dəstələrdən biri təşkilatına ad kimi yunanca dairə mənasını verən “kuklos” sözünü götürdü. Onlar özlərini kukluksklançılar adlandırmağa başladılar və bu söz dilə düşdü. Terroru özlərinə silah seçən bu adamlar qaradərililəri yenidən özlərindən asılı və tabe vəziyyətə salaraq məqsədlərinə çatdılar. Bundan sonra, 1870-ci illərdə bu qrup mövcudluğuna son qoydu.
1915-ci ildə Corciyada yaranan yeni gizli təşkilat özünə köhnə ad seçərək Ku-Kluks-Klan adlanmağa başladı. 30-cu illərdə bu təşkilat təsir və nüfuzunu itirdi.
1960-cı illərdə qaradərililərin konstitusion hüquqları uğrunda fəal mübarizəyə başlamaları ilə birlikdə həmin təşkilat yenidən dirçəlməyə başladı. Məhz o illərdə amerikalıların əksəriyyətində ikrah hissi oyadan təfəkkürü təmsil edən “kukluksklançı” anlayışı yarandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiTəxminən 1450-ci ildə alman ixtiraçısı İohann Qutenberq çap dəzgahını icad etdi. O, Qərb mədəniyyətində baş və kiçik hərflərdən istifadənin əsasını qoydu.
Ancaq Qutenberqin istifadə etdiyi şrift olduqca mürəkkəb, sətirlərdə hərflərin qalınlığı müxtəlif idi (şaquli hərflər qalın, üfüqi hərflər isə nazik). O, qaz lələyi ilə yazını xatırladan hərflər yaratmışdı. Zahirən bu yazı çox qəşəng olsa da, oxunması olduqca çətin idi. İtaliyalılar bu şrifti nifrətlə qotik adlandırırdılar. Biz də indiyədək onu bu adla tanıyırıq.
Venesiyada işləyən italyan çapçı Aldo Manuzio olduqca nazik, zərif və azca maili olan yeni srift işləyib hazırladı. Bu şriftdən ilk dəfə 1501-ci ildə Qədim Roma şairi Vergilinin əsərlərinin nəşri zamanı istifadə olundu. Bu şrift kursiv, yəni iti yazmaq, adlanmağa başlandı. İndi ondan mətndə adi, maili olmayan şriftdən seçilsin deyə vacib sözləri xüsusi qeyd etmək üçün istifadə edirlər.
Kursivlə ayırmaq – sözlərə xüsusi məna vermək deməkdir. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti