Söz işıq, ilıq, his,isinmək, ilğım kimi kəlmələrlə qohumdur. Türk dillərinin bəzilərində həmin sözlər yılıq və çılıq, yışıq (və ya cışıq) formalarında işlədilir. Belə məlum olur ki, ulduz, alov, ilıq kimi sözlərin hamısı eyni kökə malik olub və hamısa da hərarət anlayışı ilə bağlıdır. İsti sözünün qədim kökü isdir. Buradan da is-in-mək, is-ti kimi sözlər əmələ gəlib, hətta istəmək (is+lə, yəni “işıqlı elə”), isinmək, istək, işıq sözləri də qədim is kökü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, ərəbcə dəlil kəlməsi ilə kökdaşdır. “Faktlardan nəticə çıxarmaq” deməkdir. İstifadə və fayda, istismar və səmərə, istehlak və həlak, ifrat və təfərrüat, dəf və müdafiə, lütf, lətif və iltifat, məxfi və xəfiyyə sözləri də öz aralarında qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Bu söz mənbələrdə ısı ot kimi yazılıb. İsti və ot sözlərindən əmələ gəlib: “yandıran ot (bitki)” deməkdir. Gicitkan sözünün ısırğan (dalayan, yandıran) sinonimi də mövcud olub. Görünür, o da “yandırmaq (qıcıqlandırmaq)” anlamı ilə qohum sözdür.
2. Başqa bir yozum: sözün ikinci komponenti ot yox, od olub (qabaq od yerinə, ot da işlədilib), sinonimlər birləşməsidir, “yandıran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, rahat sözü ilə bağlıdır, “rahatlıq əldə etmək” deməkdir. Ərəb dilində istisalun məsdəri ilə bağlı olan isti hissəsi “приставка”ya uyğun gəlir. İstifadə, istiqraz, istismar tipli sözlərdəki isti hissəsi də məhz “приставка”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti