Dialektlərdə ittəşmək, irttəşmək formalarında “mübahisə etmək, söz qaytarmaq, müsahibin sözünü ağzında qoymaq” anlamlarında işlədilir. Qədim mənbələrdə ir sözü dodaq sözünün sinonimi kimi verilib. İndi tatarlar dodağa “iren” deyirlər. İrtləşmək məhz ir (dodaq) sözü əsasında yaranıb, “cavab qaytarmaq” deməkdir. İrişmək feili də ir (dodaq) sözü ilə qohumdur: “dodağın qaçması” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBazar ertəsi birləşməsindəki ert hissəsi ilə bağlıdır. Ert sözü “keçib getmiş”, “tamamlanmış”, “qurtarmış” mənalarında işlədilib. İrtmək quyruğun dib sümüyüdür, bədənə birləşdiyi yerdir, bədənin sonluğudur, qurtaracağıdır. “Quyruq” anlamında da işlədilir. Türkmənlər buna “baylıq” deyirlər. Görünür, “bəyə layiq yemək” deməkdir. Mənşəyi qaranlıqdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars mənşəlidir. Türk dillərində onun əvəzinə, deşmək feilindən əmələ gəlmiş tişmən (müqayisə et: öyrətmən, getmən, örtmən...) sözü işlədilib. İndi bəzi dillərdə iskənə yox, ötürkü sözündən istifadə edilir. Qax rayonunda kəsmək sözünün sinonimi kimi ötmək feili indi də işlədilir. Qədim mənbələrdə ötmək sözü “deşib əks tərəfdən çıxmaq” kimi açıqlanıb və ruscaya “насквозь” kimi tərcümə edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti