Bu sözün müqabilində həm də əyrik işlədilib. Rus dilindəki нить latınca netum (əyirmək) sözündəndir. Latış dilində isə ip sözü “verevka” (ruslara latışlardan keçib) “deşiyə salma” (saplama) mənasında işlədilir. Görünür, bu, sap sözünün şəhri ilə bağlıdır. Bizdə ip və sap fərqlənir, onlarda isə fərqlənmir. Balta sapı kimi birləşmələrdə də sap məhz “deşiyə salınan” deməkdir. İpə “əyrik” demişiksə, onda onun (ip sözünün) alınma olması ehtimalını irəli sürə bilərik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Uzaq” mənasında işlədilmiş (“gözdən uzaq, könüldən iraq” deyirik) bu söz ira (удалиться) feilindən -q şəkilçisini artırmaqla əmələ gəlib. Dilimizdə r-z əvəzlənməsinin geniş yayıldığını nəzərə alsaq, demək olar ki, elə uzaq sözünün özü də iraq kəlməsinin dəyişmiş formasıdır. Sözün ilkin kökü ir (ur) sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim forması iləridir. İl hissəsi alın sözündəki al komponentinin dəyişmiş formasıdır, “qabaq”, “ön” deməkdir. -əri şəkilçisi isə yer sözünün dəyişmiş formasıdır: iləri-“qabaq yer (qabaq tərəf)” deməkdir. Bura, bəri, ora sözlərindəki -ra, -ri şəkilçiləri də yer sözündən törəmədir. Əbu Həyyanda söz ilgəri kimi verilib, “il yer (ön yer)” demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti