Fırıldaqçı deməkdir, ola bilsin ki, tələ və tuzak sinonimlərinin birləşməsindən əmələ gəlib (yığcam, uzundraz, qıyğacı... kimi) “tələyə (tuzağa) salan adam” mənasında işlədilir. İkinci və daha inandırıcı mülahizəyə görə, farsca dozidən (oğurlamaq) məsdəri ilə duz (əsli: dozd) sözü qohumdur. Güman ki, dələ hissəsi dil (ürək) sözünün təhrifi ilə bağlıdır. Mənası: “ürək oğrusu” deməkdir (indi məna dəyişib). Əsli dele-dozd kimidir., “julik”, “oğru”, “fırıldaqçı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTürkmən dilində dəl feili var, rus dilində “сходить с ума” kimi tərcümə olunub. Deməli, sözün kökü feildir (müqayisə et: dir və dir –i, öl və öl –ü), -i şəkilçisi isə ondan sifət düzəldib. İndi bizdə dir və dəl (dəli ilə bağlı) feilləri müstəqil işlədilmir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün tarixi kökü dəl (ağlını itirmək) feilidir, ondan dəli (müqayisə et: dir –i) sifəti əmələ gəlib, sonra da üzərinə xay artırılıb. Lalaxay, solaxay, ölüxay kimi sözlərdə olan xay (bəzən də vay: ölüvay), layu sözünün təhrifi nəticəsində yaranıb. Layu (yalı, lay və s.) “sayağı” mənasını verən söz olub. Dəlixay “dəli kimi olan” deməkdir. M.Kaşğaridə aslanlayu sözü “aslansayağı” mənasında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDəli sözünün bir mənası “igid, cavan” deməkdir. Dəliqanlı da bu məna ilə bağlıdır: cavan, cəsur adamlara belə deyilir. Dəliqanlı sözündəki qanlı hissəsinin qədim mənalarından biri “od”deməkdir. “Gözümüzdən qanlı yaş axır” cümləsindəki qanlı sözü ilə dəliqanlı kəlməsindəki qanlı elementi eyni sözdür və yanmaq sözü ilə vahid kökə malikdir. Dəliqanlı adam yanıqlı, odlu, alovlu adamdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, bizdə “yolquçu”, “ülğucçu” deyiblər. Dəllək sözünün bir mənası ərəbcə “hamamçı”deməkdir. Bir deyim var: “dəvə dəlləklik eylər köhnə hamam içində”. Deməli, söhbət dəvənin hamamçı rolunda çıxış etməsindən gedir. Deyimin bütöv variantı belədir: Hamam hamam içində, / Xəlbir saman içində, / Dəvə dəlləklik eylər, / Köhnə hamam içində. Fikir verin: bir hamamxanada bir neçə otaq olur (hamam içində hamam), xəlbirlə dəni təmizləyirlər və o, samanlıqda qalır, dəllək öz işini bacarmadığı üçün dəvəyə bənzədilir. Bəs niyə başqırxana da “dəllək” deyirik? Çünki hamamçı (dəllək) həm də bu işlə məşğul olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Od” anlamını verən göy (kömür) sözü ilə bağlıdır. Səbəbi isə odur ki, dəmiri istehsal etmək üçün oddan istifadə olunub. Göydəmir sözü sinonimlər birləşməsidir və rəng (tünd kül rəngində olur) bildirir. Fonetik cəhətdən fərq çox olsa da, kömür sözü ilə yaxınlığı qalır. Kömürün “göy”lə bağlılığı isə aksiomdur. Göydəmir sözünün bir mənası “bərkimiş (закаленный) dəmir” deməkdir. Səbəbi isə odur ki, dəmiri bərkitmək üçün qızdırıb (göy bununla bağlı işlədilib), sonra suya salırlar. Hərfi mənada “qızdırılmış dəmir” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTəmrəyi, təmirətgə kimi formalarda qeydə alınıb. Dəmir sözü ilə bağlıdır. Dəmirlayu (dəmir kimi) şəklində olub, sonra dəmirov formasına düşüb. M.Kaşğaridə şeir var: Tekre alıb ekrelim (dairə alıb, -vurub, -dairələnək), / Attın tüşüb yükrelim (atdan düşüb yüyürək), / Aslanlayu kükrelim... Aslanlayu “aslan kimi” deməkdir. Dəmirlayu da “dəmir kimi” deməkdir. Dəmirov yanmış dəmirin üzündəki qabıqlara oxşayır. Adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti