Taşqar feili mənbələrdə “удалять” kimi şərh olunub, daşımaq da “bir yerdən uzaqlaşdırılıb başqa yerə aparmaq”dır. Deməli, daşımaq “dış”(daş) sözü ilə bağlıdır, “kənarlaşdırmaq” deməkdir. Daş (dış) sözündən bərk-i-məkqəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti”Kiminsə üstünə daş qalamaq (yığmaq, atmaq)” mənası ilə bağlıdır. Qalamaq sözü “üst-üstə yığmaq” deməkdir. Həcc ziyarətinə gedənlər şeytanı daşqalaq edirlər. Ola da bilər ki, daşınmaq sözü, əslində, tanışmaq (tanımaq, bilmək) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün birinci komponenti ərəbcədir, 2-ci isə özümüzünküdür. Sinonimlər birləşməsidir. İkinci hissə dalaşmaq kəlməsi ilə bağlıdır: dala-aş formasında olub, sonra saitin biri ixtisara düşüb. Feilin qarşılıq-birgəlik növündədir, “bir-birini dalamaq” (sancmaq) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtimal olunur ki, daban, dəbərmək, tərpənmək, təpik sözləri ilə eyni kökə malikdir. Tərpən, dabran kimi formaları da mövcud olub. Əsas mənası “hərəkət” deməkdir, “yerimək”(hərfi mənada: “daban üstündə hərəkət etmək”) anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə day, dayça (dialektlərdə həmdə daylaq) sözləri var. Qaynaqların verdiyi məlumata görə, bunların hamısının qədim mənası “dəvə balası” anlamını əks etdirib, yəni “doğulan”deməkdir. Day (yəni “dayı”) və dayza (yəni “xala”) sözləri də doğan (ana) tərəfdən olan qohumlardır. Deməli, day, dayça, daylaq, dayı, dayza kəlmələrinin hamısı südlə, ilk dəfə qidalandırılmaqla, ana (bala verən, yedirdən) ilə bağlı sözlərdir, kökdaş kəlmələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “упасть” mənasını əks etdirən tay (day) feili var, sürüşkən sözünün sinonimi taylıq olub. Daya feili “dayaq qoymaq” kimi açıqlanıb. Dayan kəlməsi “опираться” kimi şərh edilib. Dayaq yuxarıdakı sözlərlə qohumdur. Bir vaxtlar -a şəkilçisi feildən feil düzəlib (tıx və tıxa sözlərində bu özünü indi də saxlayıb), day feili ilə yanaşı, daya feili də mövcud olub. Dayı (filankəsin dayısı, arxası var...) sözü də dayaq sözünün təhrifi ilə bağlıdır. ”Ananın qardaşı” anlamı ilə heç bir əlaqəsi yoxdur. “Sürüşmək” mənasında toylok feili var (məsələn, özbək dilində). Dayaq “sürüşmənin, əyilmənin qarşısını alan” kimi də başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiLaydırın yana yatmaması (əyilməməsi) üçün ona dayaq qoyurlar, qədim arabalarda yastıqda deşik açılmış, dayağın bir ucu ora geydirilmişdir. Oxu dəmirdən olan arabalarda (buna el arasında “at arabası – furqon” deyirlər) dayağı dəmirdən düzəldir və bir ucunu oxa geydirirlər. Deməli, dayanacaq sözü dayamaq feili ilə bağlıdır, ”laydırın dayağı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAna qohumlarının hamısı birlikdə day adlanıb: dayza-xala, dağay, tağay -dayı, daybaş, taybaş – ana babası kimi şərh olunub. Ata tərəfindən qohumlar ən çox əm sözü ilə bağlıdır (əmi - atanın qardaşı, əmə, məmə, mama - atanın bacısı və s.) Bu, əmmək feili ilə qohumdur, “eyni döşdən süd içənlər” deməkdir. Ana tərəfdən olan qohumların day sözü ilə ifadəsi göstərir ki, həmin kəlmə doğmaq sözü ilə qohumdur. Dayı “doğan tərəfin (ananın) vasitəsilə olan qohum”dur. Mənbələrdə “кормилец” mənasını verən tuydırıcı kəlməsi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Birinin arxası olanda deyirik: ”dayısı var”. Burada dayı “ananın qardaşı” yox, dayaq sozünün dəyişmiş formasıdır. Söz mənbələrdəarxadayaq kimi də qeydə alınmışdır, sinonimlər birləşməsidir. Türkmənlər “himayəçi” mənasında arxa dayanc işlədirlər. Buradakı dayanc (dayaq) sözü ilədayı (“arxa” mənasında) eyni söz olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti