Bu söz barədə bir neçə ehtimal söyləmək olar:
1. Söz dam kəlməsi əsasında yaranıb, çünki döl ərəfəsində heyvanlara ev şəraitində (damda) xüsusi qulluq göstərilib. Sözün damızlıq forması da mövcud olub. Damız sözü mənbələrdə “döl verən heyvan üçün tövlə” kimi açıqlanıb.
2. Söz döl kəlməsi ilə bağlıdır və əsli döləzik olub; (döl sözünün bir mənası “toxumluq” deməkdir). Döldaş-“nəsil, döl tutmaq - hamilə”, döləc – “doğum ərəfəsi” mənalarında qeydə alınıb. Döllə bağlı ehtimalı daha düzgün hesab edirəm. İndi damazlıq sözü “cins heyvan” kimi başa düşülür. Fars dilində dam sözünün bir mənası “ev heyvanı” deməkdir. Damazlıq kəlməsinin bu sözlə bağlı olması daha inandırıcı görünür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü dammaq məsdəri ilə bağlıdır, amma feil -cı şəkilçisi qəbul etmir. Dam kökünə -la şəkilçisi də artırıla bilər: damla (son damla qanına qədər...). Feil -la şəkilçisini də qəbul etmir. Deməli, burada tarixi araşdırma aparmaq lazım gəlir. Qədim mənbələrdə damcı, damla sözlərinin yerinə tamızım kəlməsi işlədilib. Əmizdir qəlibi üzrə damızdır feili yaranıb. -ım şəkilçisi feildən ad düzəldə bilir: öl və ölüm... Damız feilindən də həmin qəlib üzrə damızım ismi əmələ gəlib. Damcı bu sözün təhrifindən yaranıb. Damla sözü, əslində, damıla kimi olub (yaz və yazı qəlibi üzrə dam və damı sözü yaranıb), sonra feildən isim düzəldən -ı şəkilçisi reduksiya olunub (bu hal əm(i)lik, qırx(ı)lıq, sat(ı)lıq kəlmələrinə də aiddir). Söz, əslində, təqlidlə də bağlıdır (dambıltı...). Tuva dilində söz damdı kimidir. Bizdə əydi adlı alət var. Deməli, damdı həmin qəlib üzrə yaranıb, sonra damcı şəklinə düşüb, təqlidi sözdür, dambıltı ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə dan sözü “səhər şəfəqi”, inrik sözü isə “axşam şəfəqi” kimi açıqlanıb. Aydın sözündəki dın hissəsi də həmin dan sözünün şəkilçiləşmiş formasıdır. Axşam yerinə, inrik, “gecə”nin sinonimi kimi isə zinrik sözü işlədilən vaxtlar olub (dialektlərdə indi qalır). Əsli sağır nun ilə yazılıb. Öz sözümüzdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDan sözü “səhər”(dan yeri sökülü), “təəccüb” (dan gəlir-“диву даешься”) mənalarında işlədilir (omonimdir). Danlamaq 2-ci məna ilə bağlıdır, ”təəccübü sözlə ifadə etmək” deməkdir. Başqa yozum da mümkündür: sözün dan hissəsi danışmaq feilinin kökü də ola bilər, amma dan kəlməsinin feil düzəldən –la şəkilçisini qəbul etməsi göstərir ki, sözün kökü feil deyil. Deməli, birinci yozum daha etibarlı hesab edilə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu birləşmədəki dar sözü farscadır və “kəndir, ip, sap” mənalarında işlədilir (kəndirbaz sözünün sinonimi kimi darbaz kəlməsi də mövcuddur). Dar ağacı birləşməsi “kəndir ağacı” deməkdir (kəndiri ağaca bağlayır və günahkarı göydən asırlar) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDırmığa- “torpaq darağı”, pipiyə-“quş darağı”, кист руки yerinə, əl darağı və s. işlədilib. Hamısı “çıxıntı, diş, ayrıc” anlamı ilı bağlıdır. Daraq- “dişləri olan alət” mənasında işlədilib və dırmıq, dırnaq, dırmaşmaq sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti