Törəmə kökü dırma sözüdür (müqayisə et: dırman və dırmaş), ilkin kök isə dır kəlməsi olub və dırnaq, dırmıq, daraq sözləri ilə qohumdur. Dır kökü adır (ayır) sözünün ilk saiti itirməsi nəticəsində yaranmışdır, “diş, qol-qanad, şaxə” mənalarını əks etdirib (indi müstəqil işlədilmir). Dırman və dırmaş sözləri bilvasitə dırnaq (caynaq) kəlməsi zəminində yaranıb: qədim mənası “dırnağın (caynağın) köməyi ilə yuxarı qalxmaq” deməkdir, əsasən, pişik və pişiyə bənzər heyvanlarla bağlı işlədilib. İndi mənası bir qədər genişlənib, təkcə dırnaqla yox, eyni zamanla əl və ayaqla iş görməyi də bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözlə qohum olan aşağıdakı kəlmələr mövcud olub: tırna(maq) (чесать), duş darağı (pipik; rusca: “гребень”), əl darağı (кисть руки), ayaq darağı (передок ноги), taramaq (çıxıntı, yabanın dişləri, quşun caynağı), tarmaq (ağac budağı) və s. Bu qohum sözlərin məna və forma yaxınlığına əsasən deyə bilərik ki, onların hamısı çıxıntı əlamətinə malikdir. Dırmıq (buna “torpaq darağı” deyilib) sözü də yuxarıdakılarla kökdaşdır. Deməli, daraq, dırnaq, dırmıq, caynaq... “çıxıntısı olan” anlamlarında başa düşülməlidir. Dırna feili olub, mənası “qaşımaq” kimi açıqlanıb. Dırna feilinə -q şəkilçisi artırmaqla (dara-q modeli üzrə) dırnaq ismi əmələ gəlib. Durğu işarələrindən olan dırnaq sözü əldəki dırnaqlarla bağlıdır. Formaca dırnağa oxşadığından bu cür adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Qaçmaq” mənasını əks etdirən tez feili mövcud olub. Tez sözündən bezmək və bezikmək qəlibi üzrə tezikmək əmələ gəlib, o da dızıxmaq şəklinə düşüb. Becit sözü də buradandır. Becit kəlməsinin rus dilindəki бежать sözü ilə əlaqələndirən alimlər səhvə yol verirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars mənşəlidir, didə (göz) sözü ilə bağlıdır, “üz”, “görmə” mənalarında işlədilir. -ar bizdəki -ış şəkilçisisinin fars dilindəki qarşılığıdır, rəftar sözünün qəlibi üzrə yaranıb: rəft farsca “getmək”, -ar isə şəkilçidir, “gediş”(davranış) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır. Farslarda digərqun sözü də var, “başqalaşma” (digərləşmə) anlamında işlədilir. Didərgin “qapı-qapı gəzən” deməkdir, digərqun sözünün dəyişmiş formasıdır. Qaçqın isə “bəladan canını xilas etmək üçün baş götürüb bir ölkədən başqa ölkəyə qaçan”dır. Köçkün isə “ölkə daxilində bir yerdən başqa yerə köçməyə məcbur edilən” deməkdir. Deməli, didərgin sözü həm qaçqın, həm də köçkün anlayışlarını əhatə edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti