Ərəb mənşəlidir. Bizdə onu bağır sözü ilə ifadə ediblər. Bağır həm də “ürək” mənasında işlədilib (“bağrıma basdım” deyirik), üçüncü mənası indiki içalat (внутренность) anlamına uyğun olub. Qərb dialektlərində içalat əvəzinə, bağır-övkə işlədilir. Övkə həm də “qəzəb, hirs” mənasını verir (tarixən ağ ciyər mənasını əks etdirib). Orqanizmdə üç bağır var: ağ, qara və göy (dalaq). Bağırsaq sözü də bununla bağlı ola bilər: Monqol dilində bağır sözünün mənası “yumşaq” deməkdir. Doğrudan da, bağır öz yumşaqlığı ilə seçilir. Rus dilində печень “bişirmək” anlamı ilə bağlıdır. Ağ ciyər (легкие) yüngüllüyünə görədir. Dalaq (селезенка) maye anlayışı ilə əlaqədardır (bizdə ona “sulaq” da deyilib). Azərbaycan dilində də, ehtimal ki, yumşaqlıq əlaməti əsas götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Filankəs çox ciyərli adamdır” deyirik. Ciyər sözünün bir mənası mənbələrdə “сила”, “крепость” kimi açıqlanıb. Ağciyər sözü “qorxaq” anlamında işlədilir. Bu kəlmənin qədim qarşılığı olan övkə sözü həm də “qəzəb” mənasını əks etdirib. Səbəbi isə odur ki, adam hirslənəndə ağciyərdə ciddi proseslər baş verir. Ciyərli o adamdır ki, qəzəblənəndə övkəsində ciddi dəyişmələr müşahidə olunmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCuşə gəlmək sözü ilə qohumdur. Fars dilində cuşidən feili var və cuş sözü onun qrammatik əsasıdır.Söz bizdən keçib.Məsələn:köç sözü əsasında farslar kuçidən məsdərini, lisan sözündən lisidən feilini düzəltsələr də, köç Azərbaycan, lisan isə ərəb sözü olaraq qalır.Cuşidən də bu qəbildəndir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDür (dürlü) kəlməsinin dəyişmiş formasıdır: “dürlü –dürlü” (növlü –növlü) deməkdir. Dür və cür eyni sözün iki fonetik tərkibdə yaşamasıdır. Dür tədricən aradan çıxmağa doğru gedir. Cürbəcür sözündəki bə hissəsi qədim bağlayıcımız olan (“və” mənasında işlədilib) “mə”nin dəyişmiş formasıdır (darmadağın sözündə hifz olunub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti