Mənbələrdə rus dilinə “удалить” kimi tərcümə edilib. Cıdı kəlməsi də var və “tez” anlamını bildirib. Görünür, cıdır feil olmaq əlamətini itirib və isimləşib (müqayisə et: əydi - bıçaq növüdür). Dilimizdə “aradan çıxmaq”, “qaçmaq” mənalarındacırdı sözü də işlədilir. Görünür, cıdır və cır(dı) sözləri eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır və əsli “ciqqə”dir, “əlavə” deməkdir. Saçın ucundakı saçaqlara deyilir: Dal gərdəndə cığa telin tökmüsən. (M.Cümə). Cığalı(təcnis) da buradandır. Özbəklərdə belə yozumu var: təzə bəyin papağında metaldan dairəvi bəzək və ona bərkidilmiş lələk (durna teli və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiIlğı“bütövlük” mənasını verən söz olub, “birləşdirmək”anlamında ıl feili işlədilib. Cılğa və ılğı eyni söz olub, “tamamilə” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Xalis sözünün sinonimi kimi işlədilən cılxa sözü cımxır sözünün təhrif olunmuş formasıdır. Cımxır isə çim və qır (hər ikisi “tamam” mənasında işlədilir) sinonimlərinin birləşməsindən əmələ gəlib (çim sudur, qır duzdur deyirik). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Xalis” mənasında işlədilən bu söz, zənnimcə, çim və qır(xır) sinonimlərinin birləşməsindən törəyib (çimnaz – təpədən dırnağa qədər, tamam naz deməkdir. Qır duzdur cümləsində qır “tamam”, “xalis” deməkdir). Deməli, indiki cımxır sözünün əsli çimqır kimi olub. Cod, cad (qarğıdalı, darı unundan bişirilmiş və tez ovxalanan çörəyə “cad” deyirlər) və cadar sözləri də eyni kökdən törəmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti