Dilimizdə can, canan və cənan sözləri var. Mənbələrdə sonuncu (cənan) ərəb, əvvəlkilər isə fars mənşəli hesab olunur. Forma və məna yaxınlığı (hamısı ruh, ürək, qəlb kimi açıqlanıb) göstərir ki, bunlar eyni dilin sözləridir. Güman ki, fars mənşəlidir. Can “ruh”dur, canan “ruhu oxşayan” (yəni gözəl, məşuqə) deməkdir. Cənan da “dilbər”, “gözəl” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözü fars mənşəli hesab edənlər var. Lakin qədim mənbələrdəki həmin sözü rus dilinə “кровожадный” kimi tərcümə ediblər. Bu faktdan belə nəticəyə gəlmək olar ki, canavar sözü, əslində, qanavar (qana varan, qan aşiqi, qana gedən, qanı sevən) kimi olub, sonra ilk samit dəyişib. Deməli, türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli can-lı-raq kimi olub. Yaxşıraq kəlməsi “çox yaxşı” mənasını əks etdirib. İndi -raq şəkilçisi tamam əks mənada işlədilir, kiçiltmə bildirir. Bu da dilin daxili dialektikası ilə bağlıdır: bir vaxt çoxaltma mənasını yaradan şəkilçi indi kiçiltmə mənalı sözlər əmələ gətirir. Cantaraq sözündə şəkilçi qədim mənasını hifz edə bilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti