Güman edirəm ki, sözün kökü “bolluq, məhsul” anlamını əks etdirən bay kəlməsindən ibarətdir. Ur sözü də mövcud olub, “toplamaq, yığmaq” mənasında işlədilib. Görünür, sözün əsli bayur (məhsul yığımı) kimi olub. Ur (or) “biçmək” deməkdir, “məhsulu biçmək” mənası da məqbul sayıla bilər. Başqa mülahizəyə görə, bayram və bayraq eyni kökdən əmələ gəlib, “yüksəklik, ucalıq” anlamları ilə bağlıdır. Törəmə kök bayra hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÇiyinlə dirsək arasındakı sümük bazu sümüyü adlanır (bazubənd də buradandır). Alınma sözdür. Bizdə onun yerinə qar işlədilib. Dirsəklə əl arasında olan sümük isə qarı adlanıb. Qarmala, qarış, qaramatla sözləri əllə bağlı işlədilir və qar, qarı kəlmələri zəminində yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün əsli bulayu olub və “bu sayağı” deməkdir. Tatar dilində həmin kəlmə bolay kimi işlədilir, əslini bir qədər hifz edə bilib. Elə sözü də “olayu” (o sayaq) deməkdir. -layu şəkilçisi müstəqil söz olan yalı kəlməsinin zəminində yaranıb. Kənd yerlərində ilana bənzər ot taylarına “ilanyalı taya” deyirlər. Deməli, yalı sözü layu formasına düşüb, o da öz növbəsində şəkilçiləşib: elə, belə sözlərindəkindən fərqli olaraq –layu şəkilçisi ov, öv kimi də formalaşıb: gözayu dönüb olub kösöv, oxlayu dönüb olub oxlov və s. Belə enklitik sözlər sırasına daxildir, yəni özündən əvvəlki söz məntiqi vurğu qəbul edir (bununla belə...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti