Sözün iki yozumu var:
1. Al “qızıl” deməkdir, tay isə dağ sözünün qədim formasıdır (qızıllı dağ).
2. Al sözü “hündür, ulu” deməkdir, tay isə “dağ” deməkdir (hündür, böyük dağ). Birinci daha inandırıcı yozumdur və C. Cabbarlı da məhz bu fikirdə olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə ilk dəfə son ədəd 3, onun ardınca 7, sonra 40, sonra isə 100, nəhayət, 1000 olub. Bunlar öz konkret kəmiyyətindən əlavə, həm də qeyri-müəyyən çoxluq bildirb: yüz ölç, bir biç ifadəsində yüz sözü qeyri-müəyyən çoxluq bildirir. Qırxayaq (həşərat adı) sözündəki qırx sözü də qeyri-müəyyən çoxluq mənasında işlədilib, ayağın çoxluğunu bildirmək üçündür. Ehtimal ki, 3-“uc”deməkdir, yəni bundan sonra ədəd yoxdur. 7-yetmək feilindəndir, yəni ədəd sona yetdi. Altı sözü alt və ald kimi olub. Burada 2 məna var: “qabaq”(alın sözünü yada salın) və “altda qalan”(aşağı). Deməli, 6-ya “7-dən qabaqda olan”, ya da “7-nin altında (əvvəlində) qalan” deməkdir. 8 isə “7-nin üstündən aşan” (sıçramaq, səkmək, səksənmək sözlərini yada salın!) deməkdir. 3, 7, 40 ədədlərinin nağıllarda çox işlədilməsi bununla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli yaltun kimi olub, yal hissəsi yalov, yıdız sözləri ilə qohumdur, tun hissəsi “dəmir” (tənəkə) deməkdir. “Od rəngində olan dəmir” kimi başa düşülə bilər. Bu sözü altı sayı ilə də əlaqələndirirlər: qızıl sikkə 6 mis sikkəyə bərabər tutulurmuş. Qızıl anlamı daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMövcud ədəbiyyatda yunan mənşəli hesab olunur (mən də yazılarımın birində bu fikrin təsiri altına düşmüşəm). Alman alimi Fasmer buna etiraz edərək yazır ki, Amin türk sultanının sarayında böyük vəzifəli bir şəxsin adı olub, sözün mənası isə “həqiqi”, “düzgün”deməkdir (burada sultan kəlməsi yerində işlədilməyib, Amin sultanlıqla müqayisədə çox qədim sözdür). Murad Aci daha doğru yazır: Yunanlar hələ xristianlığı qəbul etməmişdən alban türkləri, qıpçaqlar amin kəlməsini işlədirdilər (bax: “Qıpçaq çölünün yovşanı”). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti