Bədəl, təbdil kəlmələri ərəbcə kökdaş sözlərdir və “əvəz” anlamı ilə bağlıdır. Əbdül (əsli: əbdal) sözü bədəl kəlməsinin cəmidir, əvəz edən, yerini tutan anlamını əks etdirir. Abdulla kəlməsi isə əbd (qul, məxluq) və Allah kəlmələrindən əmələ gəlib, “Allahın qulu”, “Allahın bəndəsi” mənalarını əks etdirir. Deməli, Əbdül və Abdulla müxtəlif leksik vahidlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti