Fransada Şoven adlı şəxsin adı ilə bağlı yaranıb (öz xalqını əla hesab edir, başqalarına isə yuxarıdan aşağı baxırmış). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Yeni tarixin ən məşhur sərkərdəsi səkkiz ilə yaxın Fransanın imperatoru olmuş korsikalı Napoleon Bonapartdır. O, təxminən iyirmi il fransız ordusuna bir çox hərbi yürüşlərdə başçılıq etmiş, bu zaman ərzində ayıq başla və vaxtında verdiyi düzgün qərarlar sayəsində parlaq qələbələr qazanmışdı. Sonda Napoleonu elə öz qələbələri aldatdı. O, çata bilməyəcəyi məqsədin mövcud olmadığına özü də inanmağa başladı və Rusiyanın sonsuz ərazilərini fəth etmək üçün minlərlə kilometr məsafəlik yürüşə çıxdı. Napoleon arxasınca 500 000 adam aparırdı. Axırda cəmi 5000 insanı xilas edə bildi.
Napoleon fransızların bütöv bir nəslini öz şöhrətpərəstliyinə qurban verdi və nəticədə məğlub oldu. Fransa bir daha dünyada hakim mövqe tutmadı.
Fransa bütövlükdə özünü Napoleonsuz çox yaxşı hiss etsə də, fransızlar arasında Napoleonun həmin ağılsız və mənasız yürüşünü Fransa tarixinin şərəfli səhifəsi hesab edənlər də var idi. Onlardan biri Nikola Şoven idi. O, yorulmaq bilmədən Napoleonu təriflədiyindən hətta dostları da ona gülürdülər. Şoven bu qəribəliyi ilə bütün Fransada tanındı, “şovinizm” sözü isə bir milləti kor-koranə şəkildə digərlərindən üstün hesab edən ifrat millətçiliyi ifadə etməyə başladı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiMənbələrdə şımar kəlməsi var, feildir, “hamar olmaq” kimi açıqlanıb. Şım sözü var və “hamar” kimi izah olunub. Deməli, şımar feili şım sifətindən əmələ gəlib, o da şumal şəklini kəsb edib. Dialektlərdə “hamarla” mənasını verən şumalla sözü mövcuddur. Hamar alınma sözdür və şumal kəlməsini ədəbi dildən çıxarıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz “Dədə Qorqud”da, Aşıq Ələsgərdə və s. mənbələrdə işlədilib. İndiki dillə desək, “banket”, “ziyafət” deməkdir. Əslində, xalqa verilən qonaqlıq olub, kasıbları doydurmaq üçün onlara şadlıq məclisləri düzəldiblər. Qərb dialektlərində şülən əvəzinə, indi lejan kəlməsi işlədilir. Salyan rayonunda lej forması da mövcuddur. Qazaxda deyirlər: “Bostanda qarpız lejan olub”, yəni boldur, çoxdur. Şül sözü bol deməkdir, -ən şəkilçisi ehtimal ki, ərənlər sözündəki –“ən”lə eynidir, çoxluq bildirir. Belədirsə, şülən sözü “çox bol” mənasını verir (Şulan sözü adam adı kimi də işlədilir, görünür, “səxavətli”, “çörəkli” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti