Qədim yəhudi sözüdür, satana ilə eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə şobədə (oyun çıxarma) sözündəndir. Qərb dialektlərində “oyun”, “fokus” mənalarında çox işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca şəb “gecə”, nəm isə “yaş” deməkdir. Söz bütövlükdə şeh mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcədir, ”dərman” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə “şəfa verən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Barmağı, şəhadət ərəbcədir, bizdə “yanar ənrək” (şəhadət barmağı) işlədilib. Yanımaq sözü ilə bağlıdır (yanımaq barmağı). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Şəhadət ərəbcədir, namə isə farsca, “şahidli sənəd” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə “bal” deməkdir. Bizdə “şirin” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, yalnız gözlə bağlı işlədilir: iri tünd mavi gözə deyirlər. Belə gözlər çox poetik, cazibədar olur. Ona görə də qızlara Şəhla adı verənlər səhv etmirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “şəhərli” deməkdir (müq. et: şəhrizad). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qədim İranda şaha həşətradara deyiblər, bu söz tədricən şəhriyar şəklinə düşüb. Şah (yəni şəhriyar) arvadına şərabanu adı verilib (“şah arvadı” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Hərfi mənası “şəhərdə doğulmuş” deməkdir. Fars dilindən alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Fars dilindən keçib, əsli qədim hind sözüdür. Сахар formasında rus dilində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Sözün qədim forması Şakaşen kimidir. Görünür, “sakların şənliyi” (abad etdikləri yer) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə şəkk sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)