Ərəbcə şəqq (parçalamaq) sözündəndir. Mənbələrdə şaq sözü “paz” kimi şərh olunub. Şaqqa pazla bölünmüş hissədir. Şaqqala sözünün mənası “pazla böl” demək olub, amma indi həmişə paz qoymaq zəruri olmur: əti də şaqqalayırıq, lakin bu zaman pazdan əsla istifadə etmirik. Sözün hissə mənası da var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTatar dilində çalbar kimi işlədilir, məncə, çal (geyin) və bar (var, get) sözlərindən əmələ gəlib. Pencəksiz bayıra çıxmaq bir o qədər də eyib sayılmır, amma şalvarsız kiməsə görünmək qəbahətdir. Ona görə də yalnız şalvarı geyindikdən sonra harasa getmək məqbuldur. Deməli, şalvar tarixən “əvvəl geyin, sonra həyət-bacaya çıx” anlamını əks etdirib. Başqa yozuma görə alınma sözdür, bəzi türk dillərində ona budqabı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti