Həm də ödirək kimi işlədilib. Öd “quş”, irək isə “çay”, “su” mənasında işlədilib. Deməli, ördək “su quşu” mənasını verir. Rus dilindəki утка sözü ilə ördək sözü arasında qohumluq əlaqəsi axtarmağa dəyər: sloven dilində утка yerində “отва” işlədilir ki, buradakı ot və ödirəkdəki öd (öt) həm məna, həm də forma oxşarlığına malikdir. Barslar bu quşa morğabi (suquşu) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mənada işlədilib: “bostanda tağ” (mənbələrdə bunun əvəzinə, bağırsaq da işlədilib) və “çatı növü”. “Bağlamaq, hörmək (örmək), hörükləmək” mənasını verən ör feili zəminində yaranıb. Tağ qarpızı (yemişi...) köklə bağlayır (göbək bağı uşağı bətnlə bağlayan kimi), örkən isə heyvanı və s. mıxa bağlayır. Çatı da məhz çatmaq (ilişdirmək) anlamı ilə əlaqədardır. Deməli, atı çəməklikdə hörükləmək onu “bağlamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli örmək (hörmək) kimi olub. Mənası “nümunə, ülgü, qəlib” deməkdir. Əl işləri (tikiş, naxış..) ilə məşğul olan şəxslərə (xüsusən qızlara) nəyisə hörmək üçün hazır nümunə veriblər, onlar da nümunələrə uyğun şeylər hörüblər. Macar alimi Vamberi həmin kəlmə ilə görmək feili arasında eyniyyət olduğunu söyləyir: görnək! (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə ört sözü “yanmaq, od” anlamlarında da işlədilib. Ütü, ütmək kəlmələri də ondan əmələ gəlib. Örtmək sözünün qədim mənası “isti eləmək” deməkdir. İndi məna bir qədər dəyişib. Ört sözünün sinonimi kimi göy kəlməsi olub, köz, kömür, kül, qovur, qayna kimi sözlər eyni kökdən əmələ gəlib. Hətta “səma” anlamını verən göy sözü də od, işıq (Günəşin, ulduzların, Ayın məskəni) mənası ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdəki xırman sözü alınmadır, biz onun yerinə örtük kəlməsini işlətmişik. Bu söz “od, yandırmaq, qurutmaq” mənalarını əks etdirən ört feili zəminində əmələ gəlib. Səbəbi isə odur ki, dəni sünbüldən ayırmaq üçün torpağı qaydaya salarkən onu qurudublar ki, dən torpağa qarışmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGörmək qəlibi üzrə yaranıb. Güman edirəm ki, ötük-əm, gör-ük-əm kimi olub, sonra ü saiti ixtisara düşüb. Sözün əsli öt-kən formasında feili sifət olub, “kəsib keçən” anlamını bildirib (ötmək sözünün “keçmək” mənası elmə məlumdur, hətta iti sözü də buradandır), sonra son samit dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHeyvanın arxası üstə çuxura düşməsi (ayaqları göyə tərəf olur, dura bilmir və boğulub ölür) dialektlərdə öyədəyə düşmək sözü ilə ifadə edilir. Qaqauz dilində çuxur (çökəklik) sözü əvəzinə adık işlədilir, öyədəyə düşməyə “adıq durmaq” deyirlər. Öyədək sözü oyuq sözü ilə qohumdur, bizdə çuxur, dərə yerinə oy (öy) kəlməsi işlədilib. Tuva dilində də öy (iy) sözü “dərə”, “çökəklik” deməkdir. Oymaq (üskük) sözü də bununla bağlıdır, “içi çökək olan” deməkdir. Bəzən öyədək sözünü öymək feili ilə də bağlayırlar. Doğru deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Fikirləşmək” mənasını əks etdirən feilimiz olub: Ö. Ağıl sözünün mənasını ök sözü əks etdirib. Buradan da ögüt (indi öyüd kimi işlədilir), öymək, öyrənmək kimi sözlər meydana çıxıb. Öyrə sözün törəmə tarixi köküdür, indi onun sonuna –n (öyrən), -t (öyrət) kimi şəkilçilər artırmaqla feilin qayıdış növü (öyrə-n) və təsirli feil (öyrə-t) əmələ gətiririk. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiÖyrə, öyrə-n, öyrə-t sözləri ilə qohumdur. Kökü (öy sözü) ad – feil omonimi olub. Dilimizdə bircə səsdən (ö səsindən) ibarət feil olub və “fikirləşmək” mənasını əks etdirib, onun əsasında öy (əsli: ög) ismi yaranıb, “ağıl” anlamını əks etdirir. Öyrənmək, öymək (tərifləmək) feilləri, öyüd ismi həmin ö feili zəminində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti