1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. □ Ahəngi pozmaq. Səslərin xoş ahəngi.
2. Məcazi mənada: gözəl səs, avaz; ton. □ Dəniz dalğalarının ahəngli həzin səsi ətrafa yayılırdı.
3. Nəğmə, mahnı, hava. □ Quşlar cəh-cəh vurub ahəng yaradırdılar.
Azərbaycan dilinin izahlı lüğəti1. Səsləri və ya rəngləri arasında uyğunluq (ahəng) olan; qulağa (gözə) xoş gələn, qulaqları (gözləri) oxşayan, gözəl səslənən; ahəngli, xoş, lətif. □ Ahəngdar səs. Ahəngdar şeir. Ahəngdar nəğmə. Pianonun ahəngdar səsi otağı bürümüşdü.
2. Məcazi mənada: uyğun, müntəzəm, qaydalı, səlis. □ O, çox ahəngdar bir tərzdə söhbətə davam edirdi.
Azərbaycan dilinin izahlı lüğəti1. Səslər və s. arasında uyğunluq. □ Musiqinin ahəngdarlığı. Nəğmənin ahəngdarlığı. Səslərin ahəngdarlığı.
2. Uyğunluq, müntəzəmlik. □ Bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmaq hərəkətlərin ahəngdarlığına da olduqca gözəl təsir göstərir.
3. Xalçaçılıq. Rənglər arasında uyğunluq.
Musiqi. Əsas səsi (melodiyanı) tamamlayan uyğun musiqi; müğənnini müşayiət edən musiqi; səs və ya çalğı aləti üçün yazılmış əsərin melodiyası fonunda həmahəng çalınan musiqi. □ Müasir üslubda akkompanement.
Azərbaycan dilinin izahlı lüğəti