1. Daha ağır etmək, vəznini, çəkisini artırmaq. □ Yükü ağırlaşdırmaq.
2. Məcazi mənada: yavaşıtmaq, sürətini azaltmaq, ləngitmək. □ Kənar müdaxilə işin gedişini daha da ağırlaşdırdı.
3. Məcazi mənada: daha da çətinləşdirmək, mürəkkəbləşdirmək, gərginləşdirmək. □ İşi ağırlaşdırmaq. Üslubu ağırlaşdırmaq. Vəziyyəti ağırlaşdırmaq.
4. Məcazi mənada: daha da gücləndirmək, şiddətləndirmək, ciddiləşdirmək, artırmaq, daha da təsirli etmək. □ Cəzanı ağırlaşdırmaq.
5. Məcazi mənada: tənəffüsü çətinləşdirmək, dözülməz bir hala salmaq. □ Qum fırtınası havanı daha da ağırlaşdırmışdı.
6. Məcazi mənada: korlamaq, xarab etmək, iyləndirməyə başlamaq. □ Ət soyuducuda qalsa da, ağırlaşmışdı.
1. Daha ağır olmaq; yükü, çəkisi çoxalmaq. □ Kisə elə ağırlaşmışdı ki, yerindən tərpətmək mümkün deyildi.
2. Çətinləşmək, pisləşmək,daha əziyyətli, məşəqqətli, əzablı, dözülməz olmaq. □ Şəhərdən kəndə köçəndən sonra onun həyatı daha da ağırlaşdı.
3. Məcazi mənada: pisləşmək, şiddətlənmək, bərkimək, artmaq, qorxulu bir vəziyyət almaq. □ Halı get-gedə ağırlaşırdı.
4. Kəsifləşmək, dözülməz bir hala gəlmək, pisləşmək. □ Evin havası ağırlaşmışdı.
5. Qoxumağa, pis iy verməyə, xarab olmağa başlamaq, pozulmaq. □ İstinin təsirindən ət ağırlaşmışdı.
6. Tənbəlləşmək, hərəkət edə bilməmək. □ Yemək yeyən kimi ağırlaşıram.
7. Hamilə olmaq, ikicanlı olmaq.
8. Daha ciddi olmaq, təmkinli olmaq. □ İnsanlar yaşa dolduqca ağırlaşırlar.
9. Eşitmə qabiliyyəti azalmaq. □ Yaşı artdıqca qulağı get-gedə ağırlaşırdı.
1. Ağır şeyin halı. □ Yükün ağırlığı. Çantanın ağırlığı onun qəddini əymişdi.
2. Ağır şey, yük. □ Ağırlıq qaldırmaq.
3. Qayğı, əziyyət, zəhmət. □ Evin bütün ağırlığı onun çiyinlərində idi.
4. Vüqar, təmkin, ciddilik. □ Hərəkətlərindəki ağırlıq ciddi adam olduğundan xəbər verirdi.
Həmçinin bax: