1. Kiçik bağ, həyət bağı. □ Evin bağçası. Bağçamızda gül bitdi; Lalə bitdi, gül bitdi; Vətəndə bir bağ saldıq; Hər nə əkdik, gül bitdi. (Atalar sözü)
2. Məcazi mənada: güllük, çiçəklik. □ Bu otağın pəncərələri .. qarşıdakı qızılgül bağçasına açılırdı. (S.Rəhimov)
Məktəb yaşına çatmamış uşaqlar üçün tərbiyə, əyləncə müəssisəsi (“uşaq bağçası” şəklində də işlənir). □ Uşağı bağçaya verdim.
Azərbaycan dilinin izahlı lüğəti1. Ağ rəngə boyamaq, ağ rəng çəkmək. □ Hasarı ağartmaq. Tavanı ağartmaq. Üst-başını divara sürtüb ağartdı.
2. Soldurmaq, rəngini qaçırtmaq, bozartmaq.□ Paltar ipdə çox qaldığından günəş ağartmışdı.
3. Sürtüb təmizləmək, sürtüb parıldatmaq; qalaylamaq; təmizləyib düzəltmək, qaydaya salmaq. □ Qazanı ağartmaq.
4. Üzünü köçürmək, təmiz yazmaq.
5. Məcazi mənada: açıb demək, üstünü açmaq, üzə vurmaq, açıb-ağartmaq. □ Adam hər şeyi ağartmaz.
Həmçinin bax:
1. Bağa baxan, bağa qulluq edən adam; bağ yetişdirməklə, bağçılıqla məşğul olan adam; bağban. □ Bağçı bağı ilə, qarpız tağı ilə! (Atalar sözü).
2. Dialekt. İstirahət üçün yayda bağa köçən, bağda istirahət edən adam. □ Şəhərə yaxın olduğundan, bağçılar buranın bağlarına çox köçərdilər. (H.Sarabski).
Dialekt. Biçinçilərin ardınca dərz bağlayan işçi.
Azərbaycan dilinin izahlı lüğəti