1. İnsanlıq, tərbiyəlilik; ünsiyyət, adamlarla yola getmə. □ Mən də dedim bəs adamlığı var, dost olarıq.
2. Doğruluq, alicənablıq, insanpərvərlik, xeyirxahlıq, yaxşılıq.
Qeyd: ...adamlıq. Adətən saylara qoşularaq, şeyin neçə nəfərə, şəxsə aid olduğunu göstərir; məsələn, biradamlıq nömrə, ikiadamlıq loja, beşadamlıq yer.
See also:
1. Biologiya. Coğrafiya. Canlı orqanizmin quruluş və funksiya baxımından başqa şəraitə uyğunlaşması, yeni mühitə alışma. □ Canlı təbiətdə adaptasiya təzahürünün olması bioloqlara XVIII əsrdə məlum idi.
2. Hüquq. Mühacirlərin köç etdikləri ölkədə yerli qanunlara uyğunlaşmaları. □ Hüquqi adaptasiya.
Azərbaycan dilinin izahlı lüğəti1. Elektrotexnika. Bir sistemdən başqa sistemə, bir formatdan başqa formata, qeyri-standartdan standarta keçməyi təmin edən elektromaqnit və ya mexaniki qurğu; uyğunlaşdırıcı kaset, qurğu və s. □ Adapter kaset.
2. Elektrotexnika. Hər hansı cihazı elektrik enerjisi ilə təmin etmək üçün onun şəbəkəyə qoşulmasını təmin edən qurğu. □ Telefon adapteri.
Azərbaycan dilinin izahlı lüğəti