Bax: zövq-səfa.
Odun doğramaqda, bərk materialda deşik açmaqda istifadə olunan mıxça.
1. Elektrotexnika. Fotoqrafiyada təsvirin elektron böyüdülməsi. 2. Elektrotexnika. Kino və televiziya çəkilişlərində hansısa predmeti böyütmə effekti; irilətmə.
Dialekt. Qış ehtiyatı. □ Hamının anbarında üzümü, narına-heyvasınatan qış zumarı.. (MirCəlal).
Elektrotexnika. Səs siqnalları vermək üçün radiotexnika və telefoniyada işlədilən elektrik cihazı və cihazda eşidilən qırıq səs. □ Telefonda zummer yoxdur.
Bax: zor.
Həmçinin bax:
Musiqi. Nəfəslə çalınan boruşəkilli, ağzıgen, kəskin səsli musiqialəti. □ El çalan zurnanın səsi uzaqdan gələr. (Atalar sözü).
1. Musiqi. Zurna və balaban. □ Ay ana, ay ana, bircə mənim o zurna-balabanımı bəri gətir. (C.Cabbarlı). 2. Çalğı, kef mənasında. □ Çeşmələr başından heç əskik olmaz; Zurna-balabanı bizim dağların. (S.Vurğun).
Zurna və balaban çalınan (çalğılı). □ ..Sənə toy lazımdır, kişi, özü də zurna-balabanlı bir toy... (S.Rəhimov).
1. Zurna çalan çalğıçı. □ Qızı öz kefinə qoysan ya zurnaçıya gedər, ya halvaçıya. (Atalar sözü). 2. Məcazi mənada: naqqal, boşdanışan, boşboğaz adam haqqında.
1. Zurnaçının işi, peşəsi, sənəti. 2. Məcazi mənada: uzunçuluq, boşboğazlıq, naqqallıq.
Zurna və qaval. □ Başa düşənə milçək səsi, düşməyənə zurna-qaval. (Atalar sözü).
1. Arxaizm. Ən çox bəyənilmiş hissə. 2. Arxaizm. Nəticə, xülasə. 3. Arxaizm. Qaymaq.
Astronomiya. Saturn planetinin ərəbcə adı (klassik şeirdə gözəlin surəti buna bənzədilir).
Zahir olma, meydana çıxma, görünmə, çıxma. □ Günəşin zühuru.