Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

zor [zor] isim fars

1. Güc; qolugüclülük, qolunun gücü. □ Dil ilə olan, zor ilə olmaz. (Atalar sözü).
2. Sifət kimi: çox güclü, qüvvətli, böyük. □ Açarın gücü qıfıldan zordur. (Atalar sözü).
3. Sifət kimi: çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. □ Kişi zor adamdır.
4. Zərf kimi: çox, xeyli. □ ..Çingiz, nə çox yatmışıq, balam? – dedi, – zor yatdıq. (Y.V.Çəmənzəminli).
5. Sifət kimi: çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. □ Dünyada ən zor iş anlamaza söz anlatmaqdır. (Atalar sözü).
6. Zordur şəklində – çox çətindir. □ ..bu qədər məşəqqətdən sonra ona yaxınlaşmaq yenə də zordur, – dedi. (H.Nəzərli).
7. Məcburiyyət. □ Mənim yetim uşağa rəhmim gəlir, çünki o uşaq sahibsizdir və bu barədə dəxi mənə zor yoxdur. (C.Məmmədquluzadə).
8. Zərf kimi: məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan. □ Zər ilə olan zor ilə olmaz. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: zəri də var, zoru da frazeologizm: zor gəlmək Azərbaycan dilinin izahlı lüğəti