1. Yağ sürtülmək, üzərinə yağ çəkilmək. □ Maşınlar yağlanır salınır, işə. (M.Rahim).
2. Yağa batmaq, yağlı olmaq; kirlənmək. □ Üst-başı yağlanıb. Paltarın yaxası yağlanıb.
3. Məcazi mənada: kökəlmək, ətlənmək, piylənmək. □ Qovurmalıq üçün saxlanılan bir cüt erkək o qədər yağlanmışdı ki, quyruqlarını çəkib apara bilmirdi. (Ə.Vəliyev).
4. Məcazi mənada: pullanmaq; pullu, varlı olmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Yağı olan, tərkibində yağ çox olan. □ Yağlı ət. Yağlı xörək. Yağlı balıq. Kiminə yağlı çörək, kiminə yağlı kötək. (Atalar sözü).
2. Tərkibində yağ maddəsi olan. □ Yağlı bitkilər.
3. Yağa bulaşmış, üzərində yağ ləkəsi olan; kirli, çirkli. □ Əlləri yağlı. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.
4. Məcazi mənada: pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. □ Yağlı yer. Ağıldan yavandır, cibdən yağlı. (Atalar sözü).
5. Məcazi mənada: kəsərli, tutarlı, təsirli, şiddətli. □ Yağlı töhmət aldı. Kiminə yağlı çörək, kiminə yağlı kötək. (Atalar sözü).
Həmçinin bax: