Xüsusiyyətlərinə görə yağa oxşayan, yağ xassələri olan. □ Yağabənzər maye.
Dialekt. Yağıntı. □ Payız yağanlıqla girmişdi. (Ə.Vəliyev).
Bax: yağabənzər.
Bax: yağıntı.
Bax: yağıntılı.
Tərkibində yağ olan maddəni tərkib hissələrinə ayırmaq və ya onu yağdan təmizləmək üçün cihaz.
Elektrotexnika. Bəzi maşınlarda yağı ayıran cihaz.
1. Yağ və bal.
2. Məcazi mənada: çox dadlı, ləzzətli şey haqqında. □ Qəzəb çəlləyinə barıt tökənə; Qələmim yağ-ballıq eləyə bilmir. (M.Araz).
See also:
Yağ istehsal edən işçi.
Yağ istehsal edən və ya yağ satan adam.
Yağ istehsal etmə, yağ istehsalı. □ Yağçılıq işi.
Yağ qoyulan və ya içərisinə yağ tökülən qab. □ Yağdanda yağ yoxdur.
Bax: yağdırılmaq.
1. Yağmasına səbəb olmaq, yağmağa, tökülməyə məcbur edilmək. □ Süni yağış yağdırılmaq.
2. Tökülmək (hər tərəfə, çoxlu miqdarda). □ Hər yandan meydana allı-güllü ipək yaylıqlar yağdırıldı. (M.Rzaquluzadə).
Bax: yağdırmaq.