1. Hey! Ey! Mənə bax! □ Yahu, bura bax! Yahu, eşitmirsənmi!
2. Deyilən sözə diqqəti cəlb etmək üçün işlənir. □ Cahanda yox elə bir qüvvə baş əyim ona mən; Fəqət nə güclü, zəif bir vücud var, yahu?! (C.Cabbarlı).
3. Rica, xahiş yerində. □ Etməyin, yahu!
4. İlahiyyat. Ya Allah, ay Allah (bəzən təkrar şəklində).
Azərbaycan dilinin izahlı lüğəti1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. □ Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa. Dərziyə köç dedilər – iynəsinin yaxasına sancdı. (Atalar sözü).
2. Yaxalıq. □ Əlləzoğlu qrafini götürüb yaxasını, dizlərini islada-islada su içdi. (İ.Hüseynov).
3. Sahil, kənar, tərəf. □ Paris küçəsində, Nil yaxasında; Yenə al bayraqlı izdihamlar var. (S.Vurğun).
Həmçinin bax:
1. Yaxasından tutmaq, boğazından yapışmaq. □ Biz ayı vurulan yerə yetişər-yetişməz itlər ayını yaxaladı. (A.Şaiq).
2. Tutmaq, ələ keçirmək, həbs etmək. □ Oğruları yaxaladılar.
3. Tapmaq, haqlamaq, tutmaq (gedən yerdə, qaçarkən, uzaqlaşarkən, yaxud bir iş görərkən). □ Mehriban mütərəddid idi. Bir istəyirdi ki, Zeynalın ardınca gedib onu Yelizavetanın evində yaxalasın. (S.Hüseyn).
4. Məcazi mənada: gəlib yetişmək, başının üstünü almaq. □ Əcəl onu yaxaladı.
5. Məcazi məcada: rast olmaq, rast gəlmək, tuş gəlmək. □ Tərs kimi güllə həmişə elə qorxağı yaxalayır. (M.Hüseyn).
Təmiz su ilə yumaq, hər tərəfinə su axıtmaq, suya çəkmək. □ Əllərini yaxalamaq. Boşqabları yaxalamaq.
Azərbaycan dilinin izahlı lüğəti