Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

yaxta [yaxda] isim ing. yacht < holl. jacht < jagen – qovmaq

İdman, yaxud turizm (gəzinti) məqsədlərinə xidmət edən yelkənli, motorlu və ya buxarla işləyən qayıq, gəmi. □ Yaxta ilə gəzinti.

Azərbaycan dilinin izahlı lüğəti

yanki [yanki] isim ing. yankee ehtim. Janke adından

Amerikalılara, ABŞ-da doğulub-yaşayanlara verilən ad. □ Yanki davranışı.

Azərbaycan dilinin izahlı lüğəti

yepiskop [yepisk'op] isim yun. episkopos – nəzarət edən

İlahiyyat. Xristianlıqda, adətən, kilsə inzibati-ərazi dairəsinin rəhbərinə verilən ad; ali ruhani rütbəsi, vəzifə. □ Yepiskop mənsəbi.

Azərbaycan dilinin izahlı lüğəti

yoqa [yoqa] isim sans. yogahərf. birləşmə, ruhun tanrıya qovuşması mənasında

Hind fəlsəfi fikrində insanın psixika və fiziologiyasını idarə etmək təlimi və metodu. □ Yoqa insanın həyati məqsədini özünü dərk etməklə ruhun maddi və fiziki asılılıqdan xilas olmasında – ruhi azadlıqda görür.

Azərbaycan dilinin izahlı lüğəti

yunior [yuniyor] isim lat. junior – kiçik, balaca

İdman. Yeniyetmə və ya gənclər qrupu tərkibində idman yarışlarında iştirak edən şəxs; yeniyetmə idmançı. □ Yunior atlet.

Azərbaycan dilinin izahlı lüğəti

yunqa [yunqa] isim alm. junge hərf. oğlan

Gəmidə işləyən oğlan; dənizçilik işini öyrənən və matros olmağa hazırlaşan gənc; bəzi ölkələrin donanmasında kiçik matros. □ Yunqanın vəzifəsi.

Azərbaycan dilinin izahlı lüğəti

yurisdiksiya [yurisdik'siya] isim lat. yurisdictio – məhkəmə icraatı, məhkəmə prosesi

Hüquq. Dövlət orqanının səlahiyyətlərinə aid olan hüquqi sfera. □ Nazirliyin yurisdiksiyasına aid olmaq.

Azərbaycan dilinin izahlı lüğəti

yurisprudensiya [yurisprudensiya] isim lat. juris – hüquq + prudentia – öncəgörmə, bilik

Hüquq. Hüquqşünaslıq, hüquqa dair elmlərin toplusu; hüquqşünasların praktik fəaliyyəti, məhkəmə orqanlarının çıxardığı qərar və qətnamələr. □ Məhkəmə yurisprudensiyası.

Azərbaycan dilinin izahlı lüğəti

yuzer [yuzer] isim ing. user – istifadəçi

Kompüterə, müəyyən internet saytına daxil olmaq, proqram vasitələrindən istifadə etmək hüququ olan şəxs, istifadəçi. □ İnternet yuzeri.

Azərbaycan dilinin izahlı lüğəti