1. Kimyəvi element; açıq-boz rəngli bərk metal (metal məmulatın üstünü örtmək üçün bərk ərinti). □ Xromdan metallurgiyada paslanmayan polad, ferrixrom (dəmirlə xromun xəlitəsidir) hazırlanır. (M.Qaşqay).
2. Sifət kimi: həmin metalın duzlarında aşılanmış yumşaq, nazik dəri və bu dəridən hazırlanmış. □ Xromdan uzunboğaz çəkmə.
3. Xrom turşusu duzlarından alınan sarı boya.
1. Fizika. Ağ şüanın müxtəlif rəngli şüalara ayrılma xassəsi.
2. Musiqi. Səsin yarımtonlar üzrə qalxması və ya enməsi. □ Səsləri zilləşdirən və ya bəmləşdirən işarələrə xromatizm və ya alterasiya işarələri deyilir. (İbtidai musiqi nəzəriyyəsi).
Biologiya. Heyvan və bitki orqanizmlərinin hüceyrə nüvələrində olan və müvafiq surətdə boyadıldıqda aydın surətdə gözə görünən cisimciklər (xromosomlar hüceyrə nüvəsinin lazımi və daimi tərkib hissələridir, hüceyrənin maddələr mübadiləsində və orqanizmlərin əlamət və xassələrinin bir nəsildən başqa nəslə irsən keçməsində fəal iştirak edirlər).
Azərbaycan dilinin izahlı lüğəti