1. Bir arzunu, ehtiyacı yerinə yetirmək üçün edilən müraciət, təmənna; rica, təvəqqe, istək. □ Sizdən bir xahişim var.
2. İstək, arzu, tələb. □ Xahişin tərki-dilü can idi, mən həm etdim; Söylə, ey yar, görüm şimdi nə fərmanın var? (M.Ə.Sabir).
See also:
1. Vətəninə, xalqına xəyanət edən; satqın, xəyanətkar, dönük. □ Xain insan.
2. Məcazi mənada: etibarsız, vəfasız, aldadıcı, bel bağlanıla bilməyən.
3. İsim kimi: satqın və xəyanətkar. □ Aramızda xainlər çoxdur.
4. Məcazi mənada: gördüyü yaxşılığa qarşı nankorluq edən; nankor, paxıl, qəlbiqara. □ Çox xain adamdır.