1. İnsanın hərəkət və davranışlarında özünü göstərən əsas və ən sabit psixik xassələrinin səciyyəsi xüsusiyyətlərinin məcmusu, təbiətində olan xüsusiyyət, xarakter. □ Yaxşı xasiyyət. Sərt xasiyyət.
2. Bir şeyə xas olan hal, xüsusiyyət. □ Bu yerlərə yaxşı bələd olan Şahin dumanın da xasiyyətini bilirdi. (B.Bayramov).
See also:
1. Botanika. Tərkibində süd şirəsi olan iri çiçəkli və içi xırda toxumlarla dolu qozaşəkilli meyvə verən bitki. □ Lalələr tökülüb qurtarmış, xaşxaş gömgöy göyərirdi. (Ə.Vəliyev).
2. Bu bitkinin yeyilən xırda toxumları. □ Çörəyə, qoğala xaşxaş vurmaq.
3. Bu bitkinin tiryək hazırlanan qozası.