1. Xaricə aid, zahiri. □ Xarici əlamət.
2. Bir şeyin xaricində, xaric tərəfində olan. □ Xarici tərəf.
3. Xarici dövlətlə olan münasibətlərə aid. □ Xarici siyasət.
4. Həmin dövlətin hüdudları xaricində olan. □ Xarici düşmənlər.
5. Xarici ölkədən gəlmiş və ya gətirilmiş. □ Xarici qonaqlar.
6. Başqa dövlətə, başqa ölkəyə mənsub olan, aid olan. □ Xarici valyuta.
7. İsim kimi: əcnəbi, xarici ölkə təbəəsi. □ Xariciləri işə cəlb etmək.
8. Arxaizm. İsim kimi: islam aləmində qeyri-müsəlmanlara verilən ad; əcnəbi. □ Xaricilər qabağa düşdü tamam; Nə yaman günlərə qaldı islam. (A.Səhhət).
Həmçinin bax:
1. İnsanda heyranlıq doğuran şey, hadisə; möcüzə; qeyri-adi, qeyri-təbii, bu vaxta qədər misli görünməmiş, təbiət xaricində olan. □ Xariqə hadisələr.
2. Məcazi mənada: adama xariqə kimi görünən, xariqə sayıla bilən şey, qeyri-adi, görünməmiş şey. □ Xariqələr yaratmaq.