1. Adətən feillərlə işlənir – vecə gəlmək – lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. □ Ancaq ki özün yovuşan adam deyilsən, ... vecə gələn deyilsən, üzünə deyirəm. (Mir Cəlal).
2. Hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. □ Puç olsun qocalıq, gördün ki, necə; Bir pulca xublara gəlməzmiş vecə. (M.V.Vidadi).
3. Vecinə almaq – saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. □ Bizim Həzi də belə şeyi vecinə alan deyil. (S.Rəhimov).
4. Nə vecimə (vecinə) – bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir – nə işimə (nə işinə), nə borcuma (nə borcuna). □ ...A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. (M.F.Axundzadə).
See also:
1. Lazımsız, gərəksiz, yararsız, karsız, yaramaz, dəyərsiz, xeyirsiz, işəgəlməz, bikara. □ Səndə bitər bir neçə vecsiz qoza; Ancaq o da qismət olar donquza. (M.Ə.Sabir).
2. Mənasız. □ Nə qədəri vecsiz kəlam söyləsə; Ağzından cəvahir saçdı, deyərlər. (Aşıq Kamal).
Azərbaycan dilinin izahlı lüğəti