1. Bir şəxsin ölümündən sonra, yaxın qohumluq və ya vəsiyyət yolu ilə onun var və mülkünə sahib olan adam; vərəsə, xələf. □ Mərhumun varisləri bir-birinin üzünə baxıb ... pulları verirlər. (Ə.Haqverdiyev).
2. İrs olaraq ata-anasından, nəslindən bir xassə, bir şey almış adam və ya heyvan. □ Təbiətdə irsiyyətin xüsusiyyəti miras və varisdə olduğunun eynidir.
3. Məcazi mənada: bir işi davam etdirən; davametdirici, davamçı. □ Təyyarəçi olmaq, yəni döyüş ənənələrinin varisi və davametdiricisi olmaq böyük şərəfə nail olmaq deməkdir.
Azərbaycan dilinin izahlı lüğəti1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). □ Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. (S.Vurğun).
2. Fəlsəfə. Şüurdan asılı olmayaraq mövcud olan hər şey – maddə, maddi aləm, təbiət.
3. Məcazi mənada: həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat. □ Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. (S.Vurğun).
4. Məcazi mənada: real aləm, real həyat, ictimai mühit. □ ...xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. (M.İbrahimov).
5. Məcazi mənada: həyat, həyat mənbəyi. □ Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. (S.Rüstəm).
6. Məcazi mənada: qüvvət, güc, səy, cəhd mənasında. □ O, bütün varlığını yenidən dərslərə və işə vermişdi.
7. Bolluq, rifah. □ Varlığa nə darlıq. (Atalar sözü).
8. Vücud, bədən mənasında. □ Təliənin bütün varlığı titrədi və qız qorxdu. (M.S.Ordubadi).
See also: