Uçmağa sövq və ya məcbur edilmək, uçmasına kömək etmək, uçmağa buraxılmaq. □ Göyərçin uçurduldu.
1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirilmək, xarabaya döndərilmək. □ Köhnə evlər uçurduldu.
2. Məcazi mənada: devirilmək, yıxmaq sındırılmaq, son qoyulmaq, yoxa çıxarılmaq.
Azərbaycan dilinin izahlı lüğəti1. Uçmağa sövq və ya məcbur etmək, uçmasına kömək etmək, uçmağa buraxmaq. □ Quşları uçurmaq. Planer uçurmaq. Badban uçurmaq.
2. Məcazi mənada: devirmək, yıxmaq sındırmaq, son qoymaq, yoxa çıxarmaq.
Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. □ Çay səllimi at kimi baş alıb gedir, bəndləri və sədləri uçururdu. (Ə.Vəliyev).
Həmçinin bax:
Uçmağa sövq və ya məcbur etmək, uçmasına kömək etmək, uçmağa buraxmaq. □ Quşu uçurtmaq.
1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. □ Köhnə binanı uçurtmaq.
2. Məcazi mənada: devirmək, yıxmaq sındırmaq, son qoymaq, yoxa çıxarmaq. □ Zaman bir gün uçurtdu şöhrət taxtından məni; Dar günümdə görmədim yanımda bir an səni. (S.Rüstəm).
Azərbaycan dilinin izahlı lüğəti“Uçurmaq1” feilinin məchul növü. □ Quşlar yuvalarına uçuruldu. – Yoxsa bunlar da qızıl quşlarmı? Göyə yerdən uçurulmuşlarmı? (M.Müşfiq)
“Uçurmaq2” feilinin məchul növü. □ Dünən bu yerdəki böyük bir bina; Bu gün uçurulub olmuş viranə (M.Rahim)
Azərbaycan dilinin izahlı lüğəti1. Çox sarp, dik və dərin yamac; yarğan, sıldırım. □ Uçurumun dibi böyük tikan kolları ilə örtülmüşdü. (Ə.Məmmədxanlı).
2. Sifət kimi: uçurumlu, sıldırımlı, sıldırım. □ ...Qaraca qızın qabağına bir uçurum dərə çıxdı. (S.S.Axundov).
3. Məcazi mənada: dərin fərq, ayrılıq, ziddiyyət. □ ...ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi. (S.Hüseyn).
4. Məcazi mənada: təhlükə, dəhşət, faciə, fəlakət; fəlakətli aqibət. □ Qarafikirli adamlar Təbriz xalqını ... uçurumlara çəkirdi. (M.S.Ordubadi).
Həmçinin bax:
1. Uçma işi, uçan bir şeyin havada hərəkət etməsi.
Mərminin uçuşu. Arıların uçuşu. Toyuğun uçuşu zibilliyə qədər olar. (Atalar sözü).
2. Uçma tərzi, qaydası, üsulu. □ Tərlan uçuşundan tanınar.
3. Çox sürətli yeriş. □ Tərlana bənzər uçuşun; Əl çatmaz ipək alına! ("Koroğlu").
4. Müəyyən vaxtı nəzərdə tutan təyyarə reysi. □ Gecə uçuşları. Təyyarələrin uçuş cədvəli.
5. Məcazi mənada: vüsət, yüksəliş, coşqunluq. □ Şeir, sənət daima mübarizə, uçuş, yüksəliş tərəfdarıdır. (S.Rəhimov).
Azərbaycan dilinin izahlı lüğəti1. Birlikdə, bir-birlərinə qarışaraq uçmaq. □ Damın üstündə quşlar uçuşurdu.
2. Məcazi mənada: saçmaq, çıxmaq. □ ..Qalın iri dodaqlarında daşqın sevinc qığılcımları uçuşaraq: – Qızılquş, balasını bu səslə çağırır, – dedi. (A.Şaiq).
3. Yelləncəkdə yellənmək.
Azərbaycan dilinin izahlı lüğəti