Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

uçurtmaq1 [uçurtmax] feil

Uçmağa sövq və ya məcbur etmək, uçmasına kömək etmək, uçmağa buraxmaq. □ Quşu uçurtmaq.

uçurtmaq2 [uçurtmax] feil

1. Tikili, qurulu bir şeyi dağıtmaq, yıxmaq, uçqun hala gətirmək, xarabaya döndərmək. □ Köhnə binanı uçurtmaq.

2. Məcazi mənada: devirmək, yıxmaq sındırmaq, son qoymaq, yoxa çıxarmaq. □ Zaman bir gün uçurtdu şöhrət taxtından məni; Dar günümdə görmədim yanımda bir an səni. (S.Rüstəm).

Azərbaycan dilinin izahlı lüğəti