1. Çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. □ Utancaq uşaq. O çox utancaqdır.
2. Zərf kimi: çox utanan, alışmadığı mühitdə, şəraitdə adamların yanında sıxılan, üzü qızaran. □ ...sözünə davam edə bilmədi, utancaq bir halda susdu. (S.Rəhman).
Azərbaycan dilinin izahlı lüğəti1. Utancaq adamın hal və xasiyyəti, hər şeydə utanma xasiyyəti. □ Utancaqlıq yaxşı şeydir, amma öz yerində! (Mir Cəlal).
2. İsmət, həyalılıq, abırlılıq. □ Onun ən gözəl və sevimli xüsusiyyətlərindən birisi zahiri görünüşündə olan məhcubluğu, həyalılığı və utancaqlılığı idi. (M.S.Ordubadi).
Azərbaycan dilinin izahlı lüğəti