1. Taxılın dənini zibildən, xırda daşlardan və s.-dən təmizləmək üçün maşın. □ Taxıltəmizləyəni işə salmaq.
2. Sifət kimi: taxılın dənini zibildən, xırda daşlardan və s.-dən təmizləmək üçün maşın. □ Qoca taxıltəmizləyən maşına baxır..
1. İki şeyin uclarını bir-birinə keçirmək, ilişdirmək, yaxud bir şeyi başqa bir şeyə keçirmək; sancmaq. □ Xub gözəldir, hamıya baxır; Ona baxana iynələr taxır. "Günəş" (Tapmaca).
2. Keçirmək. □ İşə xor baxma, boynuna torba taxar. (Atalar sözü).
3. Bir şeyi bir şeyin üstünə qoymaq, bənd etmək, ilişdirmək. □ Tahir sümük çərçivəli eynək taxmış ucaboy, buğdayısifət, qıvrımsaç alimi yaxşı xatırlayırdı. (M.Hüseyn).
4. Əyninə, əlinə keçirmək, geymək. □ Varı olan taxar, varı olmayan baxar. (Atalar sözü).
Həmçinin bax:
1. Söykənəcəyi olmayan enli divan. □ Yaşıl taxt üstündə oturub pəri; Yaquta, mərcana bənzər ləbləri; Uzaqdan baxarsan, üzün gizlətməz; Əlini uzatsan, vurar neştəri. "Qızılgül" (Tapmaca).
2. Padşahların, hökmdarların rəsmi qəbul və təntənəli mərasimlər zamanı oturduqları zəngin bəzədilmiş kürsü. □ Bir taxtda iki padşah divan etməz. (Atalar sözü).
Həmçinin bax:
1. Şalbandan mişarla kəsilmiş çox qalın olmayan yastı ağac parçası. □ Abdaldan paşa olmaz, taxtadan - maşa. (Atalar sözü).
2. Sifət kimi: taxtadan qayrılmış, taxtadan olan. □ Dəmir qapının da taxta qapıya işi düşər. (Atalar sözü).
3. Taxtadan qayrılmış qapı, pəncərə və s. tayı, layı. □ Xasay lampanı söndürdü, pəncərənin o biri taxtasını da atdı. (M.Hüseyn).
4. Hər hansı bir məqsəd üçün taxtadan hazırlanmış lövhəcik və s. □ Çertyoj taxtası. Şahmat taxtası. Yazı taxtası.
5. Parça (qumaş) zolağı. □ Göyərçin üstdən on iki taxta, ayağı yaşıl lentli tuman geymişdi. (S.Rəhimov).
6. Torpaq zolağı. □ Bu taxtada darı əkiləcək.
Həmçinin bax: